Avtomobil nömrələri ilə bağlı yenilik
Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.
Yeni dövlət qeydiyyat nişanlarında defis işarəsi tətbiq olunmayacaq.
Gununsesi.info bildirir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rövşən Tağıyev deyib.
Onun sözlərinə görə, yeni qəbul edilmiş dövlət standartına əsasən, bundan sonra nəqliyyat vasitələrinə veriləcək dövlət qeydiyyat nişanlarında rəqəm və hərflər arasında istifadə olunan defis işarəsi tətbiq olunmayacaq: “Qeyd etmək istərdik ki, bu dəyişiklik yalnız yeni hazırlanan nömrə nişanlarına aiddir. Hazırda vətəndaşların istifadə etdiyi, üzərində defis olan bütün dövlət qeydiyyat nişanları tam etibarlıdır, onların dəyişdirilməsinə və yenisi ilə əvəz olunmasına heç bir ehtiyac yoxdur. Mövcud nömrələr qüvvədə qalır, vətəndaşlardan əlavə müraciət və ya nömrə dəyişikliyi tələb olunmur. Yeni standart sadəcə bundan sonra hazırlanacaq nömrə nişanlarının dizaynına şamil edilir və köhnə nömrələrin hüquqi statusuna təsir göstərmir”.
Ayşən
Gununsesi.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 20 Noyabr 2025 22:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















