Avtomobil partladı Ölən və yaralananlar var
Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İsrailin Kiryat-Yam şəhərində avtomobilin partlaması nəticəsində azı bir nəfər ölüb, daha iki nəfər isə ağır xəsarət alıb.
Avtosfer.az xəbər verir ki, bu barədə "The Jerusalem Post" qəzeti Rambam tibb mərkəzinin nümayəndəsinə istinadən məlumat yayıb.
Məlumata görə, hadisə fevralın 4-ü axşam saatlarında baş verib. Hadisə yerinə gələn təcili tibbi yardım əməkdaşları tüstülənən avtomobili və onun yaxınlığında uzanan üç nəfəri aşkarlayıblar.
Xəstəxanadan bildirilib ki, partlayış nəticəsində bir kişi və bir yeniyetmə çoxsaylı xəsarətlərlə ağır vəziyyətdə hospitala yerləşdirilib. Daha bir zərərçəkən isə sonradan xəstəxanada dünyasını dəyişib.
Qəzetin yazdığına görə, partlayışın səbəbi hələlik məlum deyil. İsrail polisi avtomobilin yaxınlığında yerləşdirilmiş bombanın vaxtından əvvəl partlaması ehtimalını araşdırır (Teleqraf).
Oxunub 20
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 05 Fevral 2026 23:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















