Icma.az
close
up
RU
Avtomobil qəzasında barışıqla bağlı məhkəmə QƏRARI

Avtomobil qəzasında barışıqla bağlı məhkəmə QƏRARI

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

2025-ci il 7 yanvar tarixində Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Xızı rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı məhkum olunmuş şəxsin (bundan sonra – Məhkum) işinə dair kassasiya şikayətinə və kassasiya protestinə baxıb. Məhkəmə prosessual tərəflərin hər birini dinləyərək və işin faktiki hallarını araşdıraraq, nəticədə məhkum barədə aşağı instansiya məhkəmələrinin çıxardığı qərarı dəyişdirilmədən qüvvədə saxlayıb.

Vəkil Pərviz Məmmədov həmin məhkəmə işinin məzmunu, faktiki halları və Ali Məhkəmənin yekun mövqeyini Modern.az-a şərh edib.

Onun sözlərinə görə, işin faktiki hallarına görə, hadisə 19 may 2022-ci il tarixdə Xızı-Giləzi yolunun 24-cü kilometrliyində, Xızı rayonu Təzəkənd kəndindən keçən hissəsində baş verib:

"Məhkum “Daewoo Nexia” markalı avtomobili etibarnamə əsasında idarə edərkən, yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıq etmiş və nəticədə əks istiqamətdə hərəkət edən “Niva” markalı avtomobilə toqquşub. Bu toqquşma səbəbindən “Niva” markalı nəqliyyat vasitəsi idarəolunmaz vəziyyətə düşərək yolun kənarında dayanmış piyada Zərərçəkmiş şəxs2 (sonradan dünyasını dəyişmiş) adlı şəxsin oğluna çırpılıb. Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində vəfat edib. Bununla yanaşı, “Niva”nın sürücüsü Zərərçəkmiş şəxs1 də müxtəlif dərəcəli bədən xəsarətləri alıb, sağlamlığı uzun müddətə məhdudlaşıb.

İstintaq orqanları Məhkumu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə (“Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda”) təqsirləndirilən şəxs qismində cəlb edib və onun barəsində cinayət işini məhkəməyə göndərib.

Xızı Rayon Məhkəməsi 24 may 2023-cü il tarixli hökmü ilə Məhkumu CM-in 263.2-ci maddəsi üzrə təqsirli bilərək, 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib, əlavə olaraq 2 il 6 ay müddətinə sürücülük hüququndan məhrum edib. Hökmdən narazı qalan tərəflər – zərərçəkmiş şəxsin hüquqi varisi və təqsirləndirilən şəxsin müdafiəçisi – Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verib, dövlət ittihamçısı isə apellyasiya protesti qaldırıb. Sumqayıt Apellyasiya Məhkəməsi 28 iyul 2023-cü il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin hökmünü dəyişdirilmədən qüvvədə saxlayıb.

Bundan sonra tərəflər – yenidən dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi və Məhkumun müdafiəçisi – Ali Məhkəməyə kassasiya şikayətləri və protesti verib. Ali Məhkəmə 21 fevral 2024-cü il tarixli qərarı ilə işi yenidən Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarıb və yeni apellyasiya baxışı keçirməyi tapşırıb. Lakin Sumqayıt Apellyasiya Məhkəməsi bu dəfə də 27 iyun 2024-cü il tarixli qərarı ilə əvvəlki mövqeyini saxlayıb və Məhkumun cəzasını dəyişdirmədən qüvvədə tutub.

Növbəti dəfə zərərçəkmiş şəxsin hüquqi varisi və dövlət ittihamçısı Ali Məhkəməyə müraciət edərək, yüngül cəza təyin oldunğunu, cəzanı yüngülləşdirən halların düzgün qiymətləndirilmədiyini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq olmadığını əsas gətirib. Bu əsaslarla kassasiya şikayəti və kassasiya protesti Sumqayıt Apellyasiya Məhkəməsinin 27 iyun 2024-cü il tarixli qərarının ləğv edilməsini və cinayət işinin yenidən apellyasiya instansiyasına qaytarılmasını tələb edib.

Ali Məhkəmə kassasiya icraatı çərçivəsində yalnız hüquq məsələlərini, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin düzgün tətbiqini yoxlama səlahiyyətinə malikdir. Qanunvericiliyə əsasən Ali Məhkəmə qənaətə gəlmişdir ki, cinayətin tövsifi düzgündür, cəzanın təyini qanunauyğundur. Həmçinin Ali Məhkəmə zərərçəkmiş şəxsin hüquqi varisinin sərt cəza tələb etməsini dinləsə də, cinayət qanunvericiliyi çərçivəsində müstəsna bir əsasın olmamasını vurğulayıb, sosial ədalətin bərpası və Məhkumun islah olunması kimi məqsədlərin yuxarı həddə cəza ilə deyil, mövcud hökmün icrası ilə də reallaşa biləcəyini əsas götürüb. Nəticədə Ali Məhkəmə zərərçəkmiş şəxsin hüquqi varisi və dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya şikayətini və kassasiya protestini təmin etməməklə, Sumqayıt Apellyasiya Məhkəməsinin 27 iyun 2024-cü il tarixli qərarını dəyişdirilmədən qüvvədə saxlayıb.

Ali Məhkəmənin son qərarından məlum olur ki, məhkəmə praktikasında yol-nəqliyyat hadisələrinə görə təyin edilən cəzanın növü və miqdarı, xüsusən də ehtiyatsızlıqdan baş verən ölüm hallarında, işin konkret hallarına söykənir. Burada təkcə zərərçəkmiş tərəfin fikri və ya təqsirləndirilən şəxsin tövbəsi deyil, həm də cinayətin ictimai təhlükəlilik dərəcəsi, cinayətin törədilmə şəraiti və məhkumun şəxsiyyəti kimi mühüm amillər nəzərə alınır.

Ali Məhkəmənin bu qərarı ehtiyatsızlıqdan törədilən yol-nəqliyyat hadisələrinə dair vahid məhkəmə təcrübəsinin formalaşmasında mühüm rol oynayır və gələcəkdə oxşar işlərə baxılarkən məhkəmələrin tətbiq edəcəyi meyarları daha da dəqiqləşdirir. Bu baxımdan yol hərəkəti qaydalarının pozulması nəticəsində ağır nəticələrə səbəb olan sürücülər öz məsuliyyətlərini unutmamalı və əməllərinin cəza siyasətində hansı formada qiymətləndiriləcəyini nəzərə almalıdırlar”, -deyə vəkil qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://modern.az
archiveBu xəbər 30 Yanvar 2025 12:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see252

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see231

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see215

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see213

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see210

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see205

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see184

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see181

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see176

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see165

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see156

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see151

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see149

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see143

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri