Icma.az
close
up
RU
Avtomobil sektorunda müştəri bağlılığı üzrə liderlər bunlardır

Avtomobil sektorunda müştəri bağlılığı üzrə liderlər bunlardır

Banco.az saytına istinadən Icma.az xəbər verir.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Avtomobil dünyasında rəqabət həmişə olduğundan daha şiddətlidir. Elektrikli avtomobillərin yüksəlişi, Çin istehsalçılarının bazara sürətlə daxil olması və s. kimi səbəblər brendlər arasında balansı sarsıdır.

Banco.az xəbər verir ki, bütün bu dəyişikliyə baxmayaraq, bəzi brendlər illərdir olduğu kimi hələ də müştərilərini öz əllərində saxlamağı bacarırlar. Aparılan bir araşdırma bu məqamı aydın şəkildə göstərir.

Araşdırmaya görə, premium seqmentdə Porsche 58,2 faiz sadiqlik dərəcəsi ilə siyahıya başçılıq edir. Sonrakı yerdə 49,7 faiz ilə Mercedes-Benz gəlir.

Premium SUV kateqoriyasında Lexus 57,4 faiz sadiqlik göstəricisi ilə BMW-ni ötüb. BMW-nin sadiqlik nisbəti 54 faiz olaraq hesablanıb. Lüks seqmentdə müştəri bağı hələ də Alman markalarının əlində olsa da, Yapon nizam-intizamı ilə seçilən Lexus bu balansı dəyişməyə başlamış kimi görünür.

Yapon nəhəngi Toyota 62 faizlə əsas kateqoriyada (hər kəs üçün əlçatan) birinci yeri qoruyub, ikinci yerdə 55,5 faizlə Honda gəlir. Lakin SUV seqmentində vəziyyət əksinə olub. Əsas yolsuzluq avtomobilləri seqmentində Honda 62 faizlə birinci, Subaru isə 60,6 faizlə ikinci olub. Yapon istehsalçıları arasındakı şiddətli rəqabət bu markaların qurduğu güclü istifadəçi bağlarını nümayiş etdirir.

Ford isə təkcə öz sinfində deyil, həm də bütün avtomobil dünyasında 66,6 faiz nisbəti ilə pikap seqmentində ən yüksək sadiqlik dərəcəsinə nail olub. Brend ötən illə müqayisədə payını artırmağı bacarıb, Toyota isə 61,2 faizlə ikinci yerdə qərarlaşıb.

JD Power-in hesabatına görə, ümumi orta brendə sadiqlik nisbəti isə ötən ilki 51 faizdən 49 faiz səviyyəsinə enib və bu göstərir ki, istehlakçıların brendlərə sadiqliyi artıq əvvəlki kimi güclü deyil. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://banco.az
archiveBu xəbər 08 Oktyabr 2025 16:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see370

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see238

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see236

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see230

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see230

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see226

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see224

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see224

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see223

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see220

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see215

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see210

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see210

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see208

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see208

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see208

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see208

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see205

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri