Avtomobil yollarında buzlaşmaya qarşı qabaqlayıcı tədbirlər görülür
Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.
Ölkə ərazisində müşahidə olunan qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar avtomobil yollarında hərəkətin təhlükəsiz və fasiləsiz təmin olunması istiqamətində zəruri tədbirlər davam etdirilir.
“APA-Economics” xəbər verir ki, Muğanlı–İsmayıllı–Qəbələ, Bakı–Şamaxı–Yevlax, Qusar–Xudat, Quba–Qusar, Qusar–Şahdağ, Quba–Qonaqkənd, İsmayıllı–Lahıc, Şamaxı–Çuxuryurd–Nağaraxana–Dəmirçi, Şəmkir - Gədəbəy və digər respublika əhəmiyyətli avtomobil yollarında yolun hərəkət hissəsindən qarın təmizlənməsi və buzlaşmaya qarşı qabaqlayıcı tədbirlər fasiləsiz şəkildə həyata keçirilir.
Xüsusilə gecə boyu və səhər saatlarında qarın intensiv yağdığı, eləcə də buzlaşmanın yarandığı dağlıq və dağətəyi ərazilərə xüsusi texnikalar — qar təmizləyən maşınlar, duz-qum səpən avadanlıqlar, eləcə də kifayət qədər canlı qüvvə cəlb olunub. Görülən tədbirlər nəticəsində sözügedən istiqamətlərdə nəqliyyat vasitələrinin təhlükəsiz hərəkəti təmin edilib, yolların bağlanmasının qarşısı alınıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 26 Dekabr 2025 11:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















