Icma.az
close
up
RU
Avtomobili 800 min km necə sürmək olar? 6 qayda

Avtomobili 800 min km necə sürmək olar? 6 qayda

Icma.az, Qaynarinfo portalına istinadən məlumat yayır.

Mütəxəssislərin fikrincə, adi avtomobillər adətən 300 min kilometrdən çox yol gedə bilmir. Lakin düzgün qulluq və istifadə qaydalarına əməl etməklə bu rəqəmi 800 min kilometrə qədər artırmaq mümkündür. 

Qaynarinfo "GoBankingRates"ə istinadən xəbər verir ki, bu, sürücülərə uzunmüddətli perspektivdə ciddi qənaət imkanı yaradır.

1. Düzgün avtomobili seçin

Hər bir marka və model uzunömürlülüyü ilə seçilmir. "Consumer Reports 2025" reytinqinə görə, ən etibarlı avtomobillər arasında "Toyota", "Honda" və "Subaru" göstərilib.

2. Sakit və hamar sürün

Sərt sürücülük vərdişləri avtomobilin ömrünü illərlə azaldır. Ani sürətlənmə, kəskin əyləcləmə və mühərriki isinmədən sürmə mühərrikə və sürətlər qutusuna ciddi zərər verir.

3. Yüksək keyfiyyətli yanacaqdan istifadə edin

Keyfiyyətli benzin mühərrikin hissələrinin təmiz qalmasına və az sürtünmə ilə işləməsinə kömək edir, beləliklə avtomobilin ömrünü uzadır.

4. Texniki xidmət cədvəlinə əməl edin

Müntəzəm yağ dəyişimi ilə yanaşı, transmissiya xidməti, soyuducu mayenin yuyulması, zamanlama kəməri və ya zəncirin baxımı, eləcə də əyləc sisteminin mütəmadi yoxlanması vacibdir. Bir texniki xidmət intervalını ötürmək belə avtomobilin ömrünü qısalda bilər.

5. Nasazlıqları dərhal aradan qaldırın

Qeyri-adi səslər və ya mühərrik və əyləclərdə dəyişikliklər müşahidə etdikdə təmiri gecikdirməmək lazımdır. Kiçik problemlər vaxtında aradan qaldırılmasa, böyük və baha başa gələn nasazlıqlara səbəb ola bilər.

6. Təmir üçün büdcə ayırın

Avtomobil yaşlandıqca təmir və ehtiyat hissələrinə daha çox xərclər tələb olunur. 800 min kilometr qət etmək üçün bir neçə dəfə əyləclərin, asqı hissələrinin, generatorun dəyişdirilməsi, eləcə də ən azı iki dəfə transmissiyanın əsaslı təmiri lazım ola bilər.

Ekspertlərin vurğuladığı kimi, avtomobil detallarının ömrü məhduddur. Ona görə də uzunmüddətli istifadədə daimi təmir və hissə dəyişmələri qaçılmazdır.

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 01 Oktyabr 2025 23:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see404

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see398

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see309

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see301

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see298

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see295

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see282

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see275

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see267

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see265

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see236

“Bitcoin”in qiyməti 78 min dollara endi

26 Avqust 2026 19:18see234

İran “düşmən media”nı Tehranın hərbi hədəfi elan etdi

27 Avqust 2026 00:08see230

57 ticarət obyektində qanunsuz mallar AŞKARLANDI FOTOLENT

27 Avqust 2026 12:14see216

Azərbaycan və Qazaxıstan Transxəzər Fiber Optik Kabel Xəttinin çəkilişini başa çatdırıb

27 Avqust 2026 20:56see210

Həddindən artıq idman oynaqlara zərər verə bilər

27 Avqust 2026 16:39see204

Əliaçıq olmaq təzyiqi normallaşdırır

27 Avqust 2026 22:01see198

Azərbaycan pambıq parça istehsalını 5 % dən çox artırıb

27 Avqust 2026 21:13see190

Nazirlik Azər Aydəmirə daha 200 min manat ödəyəcək

27 Avqust 2026 15:58see187

44 yaşlı Dima Bilan baba oldu

27 Avqust 2026 18:43see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri