Icma.az
close
up
RU
Avtomobili dərəyə aşırdı, sevgilisi öldü Dəhşətli qətllə bağlı məhkəmə başladı

Avtomobili dərəyə aşırdı, sevgilisi öldü Dəhşətli qətllə bağlı məhkəmə başladı

Icma.az xəbər verir, Teleqraf.com saytına əsaslanaraq.

Bakının Yasamal rayonunda sevgilisini xüsusi amansızlıqla öldürülməsində təqsirli bilinən Mustafa Nəcəfovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Məmmədova -Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Orxan. Səmədov ittiham aktını elan edib.

İttihama görə, ötən ilin iyulun 3-də Yasamal rayonu, Kənar Dairəvi yolda “Cherry” markalı avtomobilin dərəyə aşması nəticəsində 1982-ci il təvəllüdlü Günay Əkbərovanın ölməsi, 1990-cı il təvəllüdlü Mustafa Nəcəfovın isə xəsarətlər alması faktı ilə bağlı Yasamal rayon prokurorluğunda cinayət işi başlanıb.

İbtidai istintaq zamanı Mustafa Nəcəfovun idarə etdiyi avtomobili qəsdən dərədən aşağı aşırması nəticəsində sərnişin Günay Ələkbərovanın hadisə yerində ölməsi, özünün isə müxtəlif dərəcəli bədən xəsarətləri almasına əsaslı şübhələr müəyyən edilib.
Mustafa Nəcəfov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib və xəstəxanada müalicəsinin davam etdirilməsi nəzərə alınaraq barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Müəyyən olunub ki, “CHERY” markalı minik avtomobilinin idarəetməni itirməsi nəticəsində yol-qəza hadisəsi baş verib və sürücü deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan sürücünü xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Məlum olub ki, qətl hadisəsi qısqanclıq zəmində törədilib. Günay Mustafanın sevgilisi olub. Mustafa sevgilisinin ona xəyanət etməsi qənaətinə gəlib. Bundan sonra o, hadisəni törədib.

Günay onu öldürməməsinə dair yalvarışlar edib. Amma o, qadının yalvarışlarına məhəl qoymayıb.

İstintaq orqanı tərəfindən Mustafa Nəcəfovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

İttihama münasibət bildirən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. Amma ittihamda yazılanlarla razı deyil. Bildirib ki, avtomobili açıran zaman özündə olmayıb.

Növbəti proses fevralın 24-də davam edəcək.

Məlum olub ki, Mustafa Nəcəfov bundan öncə də taksi sürüsünə qarşı quldurluq etdiyinə görə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edilib. Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə onun cəzası 8 il 6 aya endirilib.

Həmin ittihamdan məlum olur ki, Mustafa Nəcəfov 17 iyul 2013-cü il tarixdə, saat 23.00-da "20 Yanvar" metrosu yaxınlığında Ramiz Ağazadənin taksi kimi idarə etdiyi "Chevrolet Aveo" markalı avtomobilinə minib, maşını Abşeron rayonunun Hökməli-Qobu yoluna sürdürüb.

Həmin yerə çatdıqda yumruqla Ramiz Ağazadənin sifətinə vurub, daha sonra üzərində gəzdirdiyi bıçaqla hücuma keçib. O, sürücüyə bıçaqla xəsarət yetirib. Daha sonra Ramiz Ağazadəni zorla avtomobilindən düşürüb. Taksi sürcüsünün 50 manat dəyərində "Nokia" markalı mobil telefonunu, üzərində olan 10 manat dəyərində "Azercell" telefon nömrəsini, pul qabında olan 50 manatını götürüb.

Həmçinin avtomobili də aparmaqla Ramiz Ağazadəyə 10830 manatlıq ziyan vurub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:143
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 27 Yanvar 2025 16:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see264

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see245

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see236

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see234

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see233

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see219

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see211

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see193

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see184

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see184

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see181

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see167

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see159

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see156

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see145

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri