Avtomobili qışa hazırlamaq həyatınızı xilas edə bilər QIZIL MƏSLƏHƏT
Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.
Qış mövsümü başlayıb və bu, yalnız insanlar üçün deyil, avtomobillər üçün də ciddi hazırlıq tələb edir.
Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı TodayPress TV-yə açıqlama verən avtomobil ustası Sahil Ağabəyli bildirib ki, şaxtalı havalarda avtomobilin hazırlıqsız olması zəncirvari qəzalar və ciddi təhlükələrə səbəb ola bilər:
Onun sözlərinə görə, buzlu və qarlı havalarda qış təkərlərinin istifadə olunması vacibdir:
"Ani əyləcləmə buzlu yolda avtomobilin idarə olunmaz hala gəlməsinə səbəb ola bilər. Mexaniki sürətlər qutusunda pillələrin ardıcıllıqla aşağı endirilməsi və ya avtomat sürətlər qutusunda triptronikadan istifadə edilməklə sürət azaltmaq lazımdır.
Şüşəsilən fırçaların dəyişdirilməsi və donmaya qarşı maye istifadəsi vacibdir ki, görüş sahəsi hər zaman təmiz və təhlükəsiz olsun".
Usta mühərrik yağlarının sintetik və incə özüllü yağlarla dəyişdirilməsini tövsiyə edib:
"Bu, mühərrikin səhər-səhər yumşaq və səlis işləməsini təmin edir və donma, bərkimə riskini azaldır. Bununla yanaşı mühərrikdə antifrizin səviyyəsi yoxlanılmalı, donmaya qarşı maye əlavə olunmalıdır, çünki qış aylarında temperatur kəskin düşə bilər. Xüsusilə dizel yanacaqları sərt şaxta şəraitində donma riski daşıyır, buna görə dizel yanacağına əlavə qatqılar tökmək tövsiyə olunur".
Mütəxəssis vurğulayıb ki, qışa hazırlıqlı avtomobil sürücülərin və sərnişinlərin təhlükəsizliyini təmin etmək baxımından həyati əhəmiyyət daşıyır:
“Qış mövsümü gələndə avtomobilinizi hər an qar və buzla rastlaşacaq şəkildə hazırlamaq lazımdır. Bu, yalnız maşının uzunömürlülüyü üçün deyil, həyatınızı qorumaq üçün də vacibdir. Sürücülər buzlu yollarda əyləcdən ani istifadə etməməli və avtomobili yavaşlatmaq üçün sürət pillələrindən düzgün istifadə etməlidirlər", - deyə Sahil Ağabəyli qeyd edib.
Xatırladaq ki, ötən günlərdə şaxtalı hava şəraiti səbəbindən zəncirvari qəza baş verib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 17 Dekabr 2025 19:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















