Icma.az
close
up
RU
Avtomobilin dövlət qeydiyyat nişanı itərsə, nə ETMƏLİYİK?

Avtomobilin dövlət qeydiyyat nişanı itərsə, nə ETMƏLİYİK?

Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Avtomobilin dövlət qeydiyyat nişanı nəqliyyat vasitəsini ölkə ərazisində və ya onun ərazisindən kənarda fərqləndirən nişandır. Müəyyən səbəblərdən bu nişan itə və ya zədələnə bilər. 

Bu zaman nə etmək lazımdır?

Milli.Az xəbər verir ki, məsələ ilə bağlı nəqliyyat eksperti Ərşad Hüseynov bildirib ki, nömrələr avtomobilə möhkəm bərkidilməlidir:

"Sürücülər dövlət qeydiyyat nişanını avtomobildə önəmlidir. Onu yapışqanla yapışdırmaq olmaz. Yapışqanlar keyfiyyətsizdir. Müəyyən müddət sonra quruyur. Həmçinin, su gölməçəyə girəndə suyun dalğası onu vurur. Ona görə də onu etibarlı vitlə bağlamaq lazımdır. Sürücülər itən avtomobil nömrəsinin nüsxəsini ala bilməz. Sürücü nömrəsinin itdiyini aşkar edən kimi dərhal polisə məlumat verməlidir. Daha sonra yeni nişan əldə etmək üçün müraciət etməlidir. Tək nömrəylə avtomobil idarə etmək olmaz. Bu qanunun tələbidir. Rüsum ödədikdən sonra yeni dövlət qeydiyyat nişanı əldə edə bilər". 

Məsələ ilə bağlı Baş Dövlət Yol Polis İdarəsinin baş inspektoru Elvin Hacıyev bildirib ki, nömrə itən zaman məsuliyyət sürücünün üzərinə düşür:

"Nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs dövlət qeydiyyat nişanlarının oğurlanması və ya itməsi faktına təşəbbüs göstərməlidir. Bu məqsədlə aidiyyatı üzrə polis orqanına yazılı müraciət etməlidir. Yol Hərəkəti Haqqında Qanunun 29-cu maddəsinə əsasən itmiş və ya oğurlanmış dövlət qeydiyyat nişanı tapıldıqda həmin nişan ilk olaraq onun sonuncu sahibinə və ya sərəncam hüququ olan digər şəxslərə təklif olunur. İnzibati Qanunvericiliyin tələblərinə əsasən, dövlət qeydiyyat nişanları və ya onlardan birinin olmaması saxta və ya başqa nəqliyyat vasitələrinə verilmiş dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitəsini idarə etməyə görə 100 manat cərimə nəzərdə tutulub. Həmin xətalar 4 balla qiymətləndirilir". 

Qeyd edək ki, yeni dövlət qeydiyyat nişanı almaq üçün rüsum 60 manatdır. 

Aysel
Milli.Az 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 24 Fevral 2026 13:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see328

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see309

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see299

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see296

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see289

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see279

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see259

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see256

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see249

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see248

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see245

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see241

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see235

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see235

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see233

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see225

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see213

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see207

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see195

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri