Avtomobilin rəngini dəyişmək istəyənlərin NƏZƏRİNƏ!
Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Avtomobilin rənginin dəyişdirilməsi və ya nəqliyyat vasitəsinin iki rəngdə rəsmiləşdirilməsi zamanı müəyyən hüquqi prosedurlar yerinə yetirilməlidir. Bu proses dövlət rüsumu ödənilməsini də nəzərdə tutur”.
Bu fikirləri hüquqşünas Tağı Hüseynov KONKRET.az-a açıqlamasında səsləndirib.
“Avtomobilin rəngi dəyişdirildikdən sonra mütləq şəkildə rəsmi servisdən arayış alınmalıdır. Bu arayış avtomobildə aparılan dəyişikliklərin qanunauyğun şəkildə həyata keçirildiyini təsdiqləyir”.
Hüquqşünas qeyd edib ki, avtomobilin rəngi dəyişdirildikdən sonra alınan rəsmi arayış əsasında sənədləşmə aparılır və bunun üçün 60 manat məbləğində dövlət rüsumu müəyyən olunub.
Tağı Hüseynov əlavə edib ki, bu prosedur yerinə yetirilmədiyi təqdirdə sürücü inzibati məsuliyyətlə üzləşə bilər. Buna görə də avtomobil sahiblərinə rəng dəyişikliyi zamanı qanunvericiliyin tələblərinə əməl etmək tövsiyə olunur.
Aynurə İsmayıl
KONKRET.az
Baxış sayı:83
Bu xəbər 13 Yanvar 2026 17:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur








Günün ən çox oxunanları



















