Icma.az
close
up
RU
Avtomobilin sosial yardımdan imtinaya səbəb sayılmasına aydınlıq gətirilib

Avtomobilin sosial yardımdan imtinaya səbəb sayılmasına aydınlıq gətirilib

Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Hökumət nəqliyyat vasitəsinin mövcudluğunun ünvanlı sosial yardımdan imtinaya səbəb sayılmaması ilə bağlı təklifə münasibət bildirib.

Avtosfer.az-ın xəbərinə görə, bu, Nazirlər Kabinetinin 2024-cü il üzrə hesabatında əksini tapıb.

Qeyd edilib ki, Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli Qərarı ilə təsdiq edilmiş "Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları"nın 3.7.2-ci bəndinə əsasən, ailənin orta aylıq gəliri sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 ay ərzində hər bir ailə üzvü üçün ehtiyac meyarlarının məcmusuna bərabər və ya ondan yuxarı olduqda sosial yardımın təyin olunmasından imtina edilir.

"Ünvanlı dövlət sosial yardımı haqqında" qanunun 1.0.6-cı maddəsinə əsasən ÜDSY-nin mahiyyəti gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələrə dövlət dəstəyinin göstərilməsidir.

Buna görə də, həmin Qaydaların 3.7.2-ci bəndinin ləğv edilməsi ÜDSY-nin mahiyyəti ilə uyğunluq təşkil etmir.

Qaydaların 3.7.4-cü bəndinə əsasən ailənin mülkiyyətində və ya İstifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla) sosial yardımın təyin olunmasından imtina edilir.

Qanunun 1.0.5-ci maddəsinə əsasən aztəminatlı ailə orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailələrdir.

Bildirilib ki, gündəlik tələbatlarını ödəyə bilməyən ailənin istifadəsində nəqliyyat vasitəsinin olması həmin ailənin "gizli", bəyan edilməmiş gəlirlərinin olduğunu ifadə edir. Bununla yanaşı, beynəlxalq təcrübədə sosial yardımlar verilərkən aztəminatlılığı müəyyən edən müxtəlif filtrlərdən istifadə edilir ki, bunun da geniş istifadə ediləni ailənin nəqliyyat vasitəsinin olmasıdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:110
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 15 Mart 2025 18:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see236

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see215

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see207

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see198

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see195

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see180

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see173

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see161

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see152

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see149

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see147

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see144

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see143

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see140

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see136

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see132

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see132

Əhaliyə texniki kartof satılır? ARAŞDIRMA

21 Yanvar 2026 03:54see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri