Icma.az
close
up
RU
Avtomobilin soyutma sisteminə mütəmadi nəzarət etmək lazımdır Avtoustadan ÇAĞIRIŞ

Avtomobilin soyutma sisteminə mütəmadi nəzarət etmək lazımdır Avtoustadan ÇAĞIRIŞ

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

"İsti havalarda avtomobil mühərriklərinin “qaynaması”, yəni temperaturun normadan artıq yüksəlməsi və soyutma sisteminin bu temperaturu sabit saxlaya bilməməsi, yay aylarında sürücülərin ən çox qarşılaşdığı texniki problemlərdən biridir. Bu hal bir neçə səbəbdən baş verə bilər və onların səbəblərini düzgün anlamaq lazımdır".

Bu fikirləri  Redaktor.az-a açıqlamasında avtomobil ustası Səməd Babayev yay aylarında avtomobil mühərrikinin tez sıradan çıxmasından danışarkən bildirdi.

"Əsas səbəblərdən biri radiatorun tıxanması və ya çirkli olmasıdır. Zamanla radiatorun içində pas, çökmə və ya antifrizin tərkibində olan kimyəvi maddələrdən yaranan qalıqlar yığıla bilər. Bu, radiatorun içində suyun və antifrizin sərbəst dövranını əngəlləyir və nəticədə mühərrik lazımınca soyudula bilmir. Həmçinin, radiatorun xarici hissəsinin toz və kir ilə örtülməsi də hava sirkulyasiyasını pozur ki, bu da mühərrikin temperaturunun artmasına səbəb olur. Soyutma mayesinin, yəni antifrizin az olması və ya ümumiyyətlə olmaması da mühərrikin qızmasının ən çox rast gəlinən səbəblərindən biridir. Antifriz təkcə qışda deyil, elə yayda da vacibdir. O, həm də mühərrikin içində pas əmələ gəlməsinin qarşısını alır və suyun qaynama həddini artırır. Əgər, antifriz köhnəlibsə, onun funksiyası zəifləyir.

Digər mühüm amillərdən biri, termostatın işləməməsidir. Termostat mühərrikin istilik dərəcəsinə görə soyutma sistemini tənzimləyir. Əgər o ilişərsə və açılmazsa, soyuducu maye radiatora keçə bilmir, nəticədə isə mühərrik həddən artıq qızır.

Su pompasının nasazlığı da matorun qaynamasına səbəb ola bilər. Pompa mayeni mühərrik və radiator arasında dövriyyə etdirir. Əgər o sıradan çıxıbsa və ya zəif işləyirsə, sistemdəki soyuducu maye dövran edə bilmir və mühərrik qızmağa başlayır”.

Usta qeyd etdi ki, ventilyatorun işləməməsi də soyutma sistemində problemlər yaradır və xüsusilə şəhər içində, tıxac şəraitində avtomobil hərəkətsiz qaldıqda, soyutma ventilyatorunun rolu artır.

"Əgər ventilyator sıradan çıxıbsa və ya sensorları nasazdırsa, mühərrik tez bir zamanda qızmağa başlayır. Bütün bu səbəblər nəticəsində, matorun qaynaması həm mühərrikə zərər verə, həm də sürücünü təhlükəli vəziyyətlə üz-üzə qoya bilər. Usta baxımından isə bu hallar diqqətli texniki baxışla və vaxtında aparılan təmir işləri ilə asanlıqla qarşısı alına bilən problemlərdir. Avtomobilin soyutma sisteminə mütəmadi nəzarət etmək, antifrizi zamanında dəyişmək, radiatoru təmiz saxlamaq və termostat, pompa, ventilyator kimi hissələrin işlək vəziyyətdə olmasını təmin etmək yay mövsümündə təhlükəsiz və problemsiz sürüş üçün əsas şərtlərdən biridir”,- deyə Səməd Babayev vurğuladı.

Xədicə BAXIŞLI 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 06 Avqust 2025 20:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see209

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see203

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see194

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see185

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see170

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see163

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see155

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see153

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see152

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see150

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see150

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see149

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see146

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see143

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see142

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see141

“Qalatasaray”da Osimhen planı: Gyökeres alternativ imiş

31 Dekabr 2025 10:46see141

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see137

Şamanlardan 2026 üçün səs küylü proqnoz: Tramp xəstələnəcək!

31 Dekabr 2025 09:40see134

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri