Icma.az
close
up
RU
Avtomobilin şüşəsi niyə parlanır? Qarşısını almaq yolları

Avtomobilin şüşəsi niyə parlanır? Qarşısını almaq yolları

Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.

Soyuq aylarda sürücülərin qəza törətməsinə səbəblərdən biri də görüş məsafəsinin məhdudlaşması, ön şüşələrin parlanmasıdır.

Görəsən, bu problem nədən qaynaqlanır və necə həll etmək olar?

Ölkə.az xəbər verir ki, avtomobil ustası Sahil Ağabəyli Lent.az-a bildirib ki, bu hal əsasən iki səbəbdən meydana gəlir:

“Avtomobilin içərisində şüşələrin parlanması sürücülər üçün həm narahatlıq yaradır, həm də təhlükəsizlik baxımından ciddi risk hesab olunur. Bu hal əsasən iki əsas səbəbdən meydana çıxır. Birinci səbəb avtomobildə resirkulyasiya (hava dövranı) rejimi ilə bağlıdır. Resirkulyasiya aktiv olduqda çöldən gələn hava avtomobilin salonuna daxil olmur və daxildəki hava dövran edir. Xüsusilə soyuq və yağıntılı havalarda bu vəziyyət salon daxilində rütubətin artmasına və nəticədə şüşələrin parlanmasına səbəb olur. Belə hallarda resirkulyasiya düyməsini söndürmək, yəni çöldən təmiz havanın daxil olmasına imkan verməmək tövsiyə edilir. Əksinə, pis qoxulu ərazilərdən keçərkən resirkulyasiya rejimini aktivləşdirmək daha məqsədəuyğundur ki, çöldən gələn hava avtomobilin içinə dolmasın.

İkinci və daha təhlükəli səbəb isə avtomobilin soba radiatorunda antifriz və ya su sızıntısının olmasıdır. Radiatordan sızan antifriz salon daxilinə yayıldıqda şüşələrdə güclü parlanma yaranır. Antifrizin buxarı həm sürücü, həm də sərnişinlərin bronxları üçün son dərəcə zərərli və zəhərlidir. Belə hal müşahidə edilərsə, avtomobil mütləq texniki baxışdan keçirilməli və problem dərhal aradan qaldırılmalıdır.

Təcrübələr göstərir ki, xanım sürücülərin istifadə etdiyi avtomobillərdə şüşələrin parlanması daha tez-tez müşahidə olunur. Bunun əsas səbəblərindən biri salon daxilində makiyaj ləvazimatları və xüsusilə spirt tərkibli ətirlərin istifadə edilməsidir. Spirt buxarlandıqda hava rütubətini artırır və şüşələrdə tərləmə yaradır. Eyni vəziyyət içkili şəxslərin avtomobilə minməsi zamanı da baş verir.

Bu cür halların qarşısını almaq üçün şüşəni bir qədər açmaq və ya ön şüşəyə sobanın isti havasını yönəltmək kifayət edir. Əks halda, parlanma sürücünün görüntü məsafəsini məhdudlaşdırır və bu da yol-nəqliyyat hadisəsi riskini əhəmiyyətli dərəcədə artırır”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:147
embedMənbə:https://olke.az
archiveBu xəbər 12 Dekabr 2025 22:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri