Icma.az
close
up
RU
Avtomobilində cinayət törədilən rusiyalı aktyor çətin qərar verdi

Avtomobilində cinayət törədilən rusiyalı aktyor çətin qərar verdi

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

Məşhur rusiyalı aktyor Qoşa Kutsenko avtomobilində baş verən dəhşətli qətl hadisəsindən sonra əfsanəvi mavi "Zaporojets"indən imtina etmək qərarına gəlib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə "Mash" "Telegram" kanalı məlumat verib.

Məlumata görə, Kutsenko avtomobilində cinayət törədən şəxsdən təzminat tələb etmək niyyətində deyil.

Xatırladaq ki, yanvar ayında aktyorun ​​"Zaporojets" maşınından qadın cəsədi tapılmışdı. Hadisə yerindən həmçinin istifadə edilmiş kontraseptiv vasitə və büstqalter də aşkarlanmışdı. Məlum olmuşdu ki, cinayəti törətməkdə şübhəli bilinərək saxlanılan Kazandan olan 30 yaşlı residivist (cinayət üstündə cəza çəkdikdən sonra təkrar cinayət törətmiş adam - red.) Albert Abdullin təcavüz, soyğunçuluq, oğurluq, insan həyatını hədələmə, dövlət məmurunu təhqir etmə və sağlamlığa qəsdən ağır xəsarət yetirmə kimi ağır cinayətlərə görə əvvəllər dəfələrlə məhkum olunub.

Məlum olub ki, Abdullin aktyorun "Zaporojets" maşınında icazəsiz yaşayıb və oraya qadınları dəvət edib. Cinayət törədilən vaxt isə Qoşa Kutsenko özü Stavropolda çəkilişlərdə olub.

Qeyd edək ki, Kutsenkonun 2019-cu ildə doğma şəhəri Zaporojyenin xatirəsinə aldığı "Zaporojets" maşını aktyorun bir növ vizit kartına çevrilmişdi. O, müntəzəm olaraq maşınla Moskva ətrafında gəzintiyə çıxırdı və pərəstişkarlarının, yoldan keçənlərin diqqətini cəlb edirdi. Lakin avtomobil son iki ildə istifadə olunmamışdı.

Kult avtomobilinə bağlı olmasına baxmayaraq, Qoşa Kutsenko dəhşətli hadisədən sonra "Zaporojets"i ilə ayrılmaq qərarına gəlib. Aktyor cinayətkara qarşı əmlak iddiaları irəli sürməyi planlaşdırmır və bu faciəli hekayəni keçmişdə qoymağa üstünlük verir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://oxu.az
archiveBu xəbər 30 Mart 2025 06:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri