Avtomobillərdə sensorlu ekranlarla bağlı Xəbərdarlıq
Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Vaşinqton Universiteti və Toyota Tədqiqat İnstitutu tərəfindən aparılan araşdırma avtomobillərdəki sensorlu ekranların sürücülərin diqqətini ciddi şəkildə yayındırdığını göstərib.
“Qafqazinfo” xəbər verir ki, 12 düymlük sensor ekranla təchiz edilmiş simulyatorda aparılan testlərdə sürücülərin zolaqdan çıxma halları 42 faiz artıb.
Sensor ekranlardan istifadə zamanı sürət və dəqiqlik göstəriciləri 58 faiz azalıb, zehni yük artdıqda isə bu azalma daha da dərinləşib.
Araşdırma göstərib ki, sürücülər yüksək zehni yük altında ekrana daha az baxır, lakin baxmadan toxunmağa daha çox cəhd edirlər ki, bu da təsadüfi toxunuşların və diqqət yayınmasının artmasına səbəb olur.
Tədqiqatın müəllifləri vurğulayırlar ki, problemin həlli düymələrin böyüdülməsi deyil, çünki əsas vaxt itkisi vizual axtarışdan qaynaqlanır. Mütəxəssislər gələcək avtomobillərdə sürücünün diqqət səviyyəsinə uyğunlaşan daha ağıllı interfeyslərə ehtiyac olduğunu bildirirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 28 Dekabr 2025 17:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















