Avtomobillərdə yeni tip hava yastıqları quraşdırılacaq? FOTO
Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.
Bu gün bütün normal avtomobillərdə hava yastıqları mütləq şəkildə quraşdırılır. Söhbət təbii ki, İranda, Rusiyada, Keniyada və ya Somalidə yığılan maşınlardan getmir.
Avtosfer.az xəbər verir ki, Almaniyanın ZF şirkəti ayaqlar üçün də hava yastıqları hazırlayır. Bu elementlərin məqsədi qəza zamanı ayaqları qorumaqdır. Hələlik heç bir istehsalçıya bu tip yastıqları avtomobilə quraşdırılmaq tələbi qoyulmayıb. Lakin artıq bir neçə dövlətdə belə bir məsələ gələcək üçün qeydə alınıb. Başqa sözlə, yaxın illərdə ayaqlar üçün hava yastıqları olan avtomobil görsək buna təəccüblənmək lazım deyil. Bunlar ilk növbədə sürücü və qabaqda əyləşən sərnişin üçün nəzərdə tutulub.
Qəzaların təhlili göstərir ki, üzbəüz toqquşma zamanı ayaqlar da çox ciddi zədə alır.
Qeyd edək ki, ilk hava yastığı 1952-ci ildə icad edilsə də, onun kütləviləşməsi təxminən 40 il çəkib. Lakin bu gün də, yuxarıda adlarını çəkdiyimiz ölkələrdə bu detal olmadan çox sayda avtomobil istehsal edilir.
Vüqar
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 18 Fevral 2025 16:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















