Icma.az
close
up
RU
Avtomobilləri təmir edən Aynurə: işindən çox məmnundur FOTO

Avtomobilləri təmir edən Aynurə: işindən çox məmnundur FOTO

Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Zərif cinsin nümayəndələri zaman-zaman istənilən şəraitdə, hətta kişilərin belə öhdəsindən çətinliklə gəldiyi peşələrdə çalışmaq bacarığını göstəriblər.

Ölkə.Az Azərtac-a istinadən xəbər verir ki, Ağstafa sakini Aynurə Abadova da bu cür xanımlardan biridir. O, 20 ildən çoxdur ki, avtomobillərin isitmə qurğusunun, radiatorlarının təmiri ilə məşğuldur.

Nə qədər ağır olsa da işini yorulub usanmadan, dəqiqliklə yerinə yetirir. Hər gün avtomobillərin müxtəlif ölçülü isitmə qurğularını söküb təmir edir. Ağstafa şəhər sakini A.Abadova deyir ki, həyat yoldaşı da avtomobil ustası olduğu üçün ona kömək məqsədilə işə başlayıb və sonradan illər keçdikcə bu sahədə təcrübə əldə edib. Bu işdə ona oğlu da yardımçı olub. İllər keçdikcə nəinki kiçik qabaritli avtomobillərin, hətta TIR və tankların da radiatorunu təmir etdiyini deyir. “Oğlum əsgərliyə gedənə qədər mənə kömək edirdi. Sonra o, hərbi xidmətə yollandı və bu ərəfədə 44 günlük Vətən müharibəsi başladı. Sevinirəm ki, oğlum da döyüşlərdə iştirak edib. Həmin vaxtlarda burada tək işləyirdim. Çünki tələbat çox idi. Xarici və keçmiş sovet istehsalı olan maşınların radiatorlarını təmir edirəm. Hətta tankların radiatorlarına da baxmışam. Tək işlədikcə adam daha da məsuliyyətli olur, təcrübəsi çoxalır. İşimi çox sevirəm”, - deyə o bildirib.

Aynurə Abadova 3 övlad anasıdır. Hazırda 24 yaşlı oğlu ona ağır işlərində kömək edir. Oğlu Şaiq Vətən müharibəsindən qayıtdıqdan sonra anası ilə birlikdə çalışır. A.Abadova deyir ki, təzə bu işə başlayanda müştərilər onun xanım olduğunu görüb təəccüblənsələr də avtomobillərinin tez bir zamanda təmir edildiyini gördükdən sonra isitmə qurğusunda bir problem yaranan kimi yalnız ona müraciət edirlər.

İndiyə qədər saysız-hesabsız avtomobillərin radiatorlarını təmir edən, su buraxan yerlərini qalaylayıb, cilalayıb nizama salan Aynurə Abadova peşəsinə o qədər bağlıdır ki, bu ağır iş onu nə yormur, nə də qorxutmur. Onun timsalında bir daha görünür ki, zərif cinsin nümayəndələri “bu kişi peşəsidir” deyilən sahələrdə çalışarkən belə onlardan heç də geri qalmadıqlarını göstərirlər. Biz onlardan sadəcə birini sizlərə tanıda bildik. Belə xanımlarımızın sayı isə kifayət qədərdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://olke.az
archiveBu xəbər 08 Mart 2025 13:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see178

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see154

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see144

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see144

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see142

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see140

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see136

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri