Avtoritar strukturlar uzun müddət davam edə bilir, İrandakı mövcud rejim də varlığını davam etdirə bilər
Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.
Bu barədə Bizimyol.info xəbər portalına danışan politoloq Tural İsmayılov bildirib ki, İran İslam Respublikası 1979-cu ildən bəri müxtəlif böhranları atladan və özünü uyğunlaşdıran bir sistemdir: “Sistemin davamlılığı yalnız repressiv aparatın gücündən deyil, həm də struktur xüsusiyyətlərindən qaynaqlanır. İnqilab Keşikçiləri Korpusu və Basij kimi silahlı strukturlar sistemin əsas dayaq nöqtələridir. Bu qurumlar iqtisadi mənafelərə də malikdirlər və mövcud quruluşun saxlanması onların varlığı ilə bağlıdır”.
Tural İsmayılov
Tural İsmayılov qeyd edib ki, hakimiyyət vertikal idarəetmə strukturuna əsaslanır və Rəhbər institutu konstitusiya üzrə ali orqandır, hakimiyyətin dispersiyasına imkan vermir və alternativ güc mərkəzlərinin yaranmasının qarşısını alır.
Bu sistem nə qədər davam edə bilər?Politoloqun fikrincə, bu suala dəqiq cavab vermək çətindir, çünki tarixdən məlumdur ki, avtoritar strukturlar uzun müddət davam edə bilir: “Sovet İttifaqı 70 il, Liviyada Qəddafi 42 il, Misirdə Mübarək 30 il hakimiyyətdə olub. İran kontekstində bir neçə faktor davamlılığa təsir edir. Birincisi, ideoloji əsaslardır. İslam İnqilabı hələ də müəyyən sosial qruplar arasında legitimlik qazanır. İkincisi, güc strukturlarının sadiqliyi və material rifah səviyyəsidir. İnqilab Keşikçiləri iqtisadiyyatın böyük hissəsini nəzarətdə saxlayır və bundan əldə etdiyi gəlirlər onları sistemlə bağlayır. Üçüncüsü, müxalifətin fraqmentasiyasıdır. İranda vahid müxalif hərəkat və ya liderlik yoxdur. Sekulyar qüvvələr, monarxistlər, etnik azlıqlar, liberal reformatorlar ayrı-ayrı gündəmlərə malikdirlər və koordinasiya zəifdir.
Eyni zamanda sistemin zəifləmə əlamətləri də aydındır: İqtisadi böhran dərinləşir. Sanksiyalar, yolsuzluq, səmərəsiz idarəetmə inflyasiyanı artırıb və orta sinfi yoxsullaşdırıb. Gənc nəsil ideoloji bağlılığı itirib. İnternetə giriş və qlobal mədəniyyətə məruz qalma gənclərin dünyagörüşünü formalaşdırır və onları teokratik sistemdən uzaqlaşdırır. Qadın hüquqları məsələsi güclü mobilizasiya faktoru olub. Məhsa Əmininin ölümü ətrafında başlanan etirazlar sadəcə hicab məsələsi deyildi, daha geniş sosial və siyasi narazılığın ifadəsi idi. Etnik məsələlər də gərginlik yaradır. Kürdlər, ərəblər, bəluclar mərkəzdən marjinallaşdırılmış hiss edirlər və etirazlarda aktiv iştirak edirlər”.
İradə Cəlil, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 26 Yanvar 2026 17:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















