AXA: Dövlət Reyestrinə yeni sortlar və cinslər daxil edilib
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 28 oktyabr, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyinin müvafiq əmri ilə sınaqdan keçirilmiş və nəticələri qənaətbəxş hesab edilmiş müxtəlif bitki və heyvan növləri üzrə ümumilikdə 411 ədəd seleksiya nailiyyətindən 376 seleksiya nailiyyətinin ölkə ərazisində istifadəsinə icazə verilib. 35 seleksiya nailiyyəti isə patent hüququ verilməklə qeydiyyata alınaraq “Azərbaycan Respublikasının ərazisində istifadəsinə icazə verilmiş, həmçinin patentlə mühafizə olunan bitki sort və hibridlərinin Dövlət Reyestri”nə daxil edilib.
Bu barədə AZƏRTAC-a Aqrar Xidmətlər Agentliyindən (AXA) məlumat verilib.
Bildirilib ki, bununla da Dövlət Reyestrinin 2025-ci ilə olan vəziyyəti təqdim olunub və fermerlərin ölkə ərazisində yeni və daha məhsuldar bitki sortları və heyvan cinslərinin siyahısına əlçatanlığı təmin edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:38
Bu xəbər 28 Oktyabr 2025 16:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















