Icma.az
close
up
RU
AXC Müsavat hakimiyyəti: 17 ayın acı həqiqətləri

AXC Müsavat hakimiyyəti: 17 ayın acı həqiqətləri

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

Çoxəsrlik tarixə malik olan Azərbaycan dövləti zaman-zaman istər xarici, istər də daxili düşmənlərin təzyiqinə məruz qalıb, uzun illər boyu yadelli işğalçılarla mübarizə aparıb, lakin şükürlər olsun ki, hər dəfə tarixin ağır sınaqlarından üzüağ, alnıaçıq çıxıb. Bütün bunların fonunda isə AXC–Müsavat hakimiyyəti dövrü tariximizin ən ağrılı səhifələri olmaqla, eyni zamanda kökü içimizdən olanların xalqa xəyanət siyasəti ilə bu tarixin ayrıca-utanc dolu bir fəslini təşkil edir. Çünki buhakimiyyətin cəmi 17 aylıq dövrü o zaman olduğu kimi, bu gün də cəmiyyətin yaddaşında qarışıqlığın, idarəetməsizliyin, hüquqsuzluğun və təcrübəsiz siyasətçilərin dövlətlə oynadığı təhlükəli eksperimentin simvolu kimi qalır.

Nə vaxt bu dövr barədə söhbət açılıb, mənim üçün əsas sual həmişə belə olub: bu ölkə nə üçün belə sınaqlardan keçməli idi?Və niyə o dövrün səhvləri hələ də kimlərinsə siyasi ambisiyalarının reklamına çevrilir?

Azadlıq sadəcə şüar, real həyatda isə pozulan hüquq idi

Əslində bu cütlük azadlıq ifadəsini şüara çevirib, onu xalqa vəd etməklə hakimiyyətə gəlmişdi. Xalqı meydanlara çağırmaq, saatlarrla azadlıq, demokratiya haqqında danışmaq xalq üçün ona görə maraqlı idi ki, sovet ittifaqının 70 illik buxovundan yenicə qurtulmuş, azadlıq, demokratiya arzusunda idi. Axı müstəqil olmaq bir xalq kimi onun haqqı idi və zamanın ayrı-ayrı kəsiyində bunun üçün mübarizə aparmışdı. Bu səbəbdən də azadlıqdan “ağızdolusu” danışanları diqqətlə dinləyir, bu söhbətlərdə azadlığına yenidən qovuşmağın yollarını tapmağa çalışırdı. Lakin bunun sadəcə sözdə qalacağını da görəcəkdi.

AXC hakimiyyəti “demokratiya gətiririk” deyirdi, lakin reallıqda ölkədəki siyasi mənzərə belə idi: siyasi rəqiblər hədələnirdi, jurnalistlər saxlanılırdı, döyülürdü, regionlarda silahlı dəstələr öz məhkəmələrini qururdu, insanların evləri və mağazaları qanunsuz yoxlanılırdı.

Beləliklə, demokratiyanın adı vardı, özü yox idi. Azadlıq şüarı altında əslində vətəndaşların üzərində “silahlı qrup diktaturası” hökm sürürdü.

Ən dəhşətli hal: vətəndaş müharibəsinin astanasında

Bütün bu kimi səhv idarəetmə-nəzarətsizlik, hərc-mərclik, gözlərin pərdələnməsi, “azadlıq və demokratiya” çağırışından savayı ortalıqda tutarlı bir işin olmaması, ölkədə hökm sürən başlı-başınalıq böyük bir xaosla paytaxtdan bölgələrə doğru irəliləyirdi.

Bunu əslində ölkəni vətəndaş müharibəsinin astanasına gətirən siyasi korluq adlandırmaq daha yerinə düşər. Çünki idarəetmə zəif olduqda o, paytaxtdan kənara çıxa bilmir və ölkə nəzarətdən kənarda qalır. Elə 1993-cü ilin Gəncə hadisələrini bu nöqteyi-nəzərdən Azərbaycanın gələcək taleyinin uçurumun bir addımlığına düşdüyü gün kimi xarakterizə etmək olar. Bu, həm də sadəcə üsyan deyildi, qardaş qanı axan, Azərbaycan ordusunun öz əsgərinə atəş açdığı ağır faciə idi.

AXC rəhbərliyi problemi siyasətlə deyil, güc tətbiqi ilə “həll etmək” istədi. Bu seçim isə ordunun bölünməsi, cəmiyyətətin iki yerə parçalanması, hakimiyyətin paytaxtdan bölgələrə göndərdiyi xaosun bu dəfə bölgədən Bakıya doğru irəliləməsi, bir sözlə, vətəndaş müharibəsinin real təhlükəsi ilə nəticələndi.

Bu, təcrübəsizlik deyildi, xeyr. Bu, idarəetmə bacarıqsızlığı, zorla hakimiyyətə yiyələnmə, əslində isə bu mövqeyə hazır olmamağın ən bariz göstəricisi idi. Beləliklə, Azərbaycan xalqıhakimiyyətə gəlməyin heç də dövləti idarə etmək bacarığı olmadığının şahidi oldu. Azadlıq və demokratiya əvəzinə iqtisadi böhran sosial vəziyyəti gündən-günə aşağı səviyyəyə endirdikcə, xalq bunun sadəcə sözdə olduğunu, əməldə isə əsər-əlaməti olmadığını bir daha gördü.

İqtisadi böhran: böyük vədin, lakin kiçik qabiliyyətin nəticəsi

Uzaq keçmiş olmadığı üçün həmin dövrdə ölkənin iqtisadi-sosial həyatını xatırlayanlar az deyil. Həyat demək olar ki, dayanmış, xalq öz taleyinin ümidinə buraxılmışdı. 70 ilin əsarət zəncirini qırıb azadlığına qovuşmaq, ölkə müstəqilliyinin sevincini yaşamaq, demokratiyanı yaralarına məlhəm etmək istəyən millət elə bir bataqlıqla üz-üzə qalmışdı ki, keçsə, batacaq, keçməsə, başqa bir formmada yenə də məhv olacaqdı.

Səhərin sübh çağından yüzlərlə insanın düzüldüyü çörəknövbələri, mağazaların boş rəfləri, bahalaşmanın 800 faizə çatması, manatın hər gün dəyərini itirməsi, neft emalınındayanması, istehsal müəssisələrinin bağlanması ilə Azərbaycan xalqı demokratiya yox, qıtlıq gördü. Azadlıq yox, aclıq yaşadı.Siyasətin yox, sözbazlığın şahidi oldu.

Ölüm hökmünün tətbiqi – qanunun yox, qorxunun hökm sürdüyü cəmiyyət

Özünü demokrat adlandıran hökumət ən ağır cəza mexanizmini-ölüm hökmünü tətbiq etməkdən çəkinmirdi. Bu addımların bir qisminin hüquqi əsasları şübhəli idi. Əslində ölüm hökmü cinayətkarlığın qarşısını almaq üçün yox, xalqın gözünə “sərtlik” göstərmək üçün edilirdi. Bu isə onların daxildəki qorxusunun göstəricisi deyildimi?

AXC dövründə ölüm hökmü real şəkildə icra edilirdi. Bəs azadlıq, demokratiyadan danışan hökümət nümayəndələri buna necə göz yumurdu? Axı demokratiya ilə ölüm hökmü tərc mütənasibdir. Deməli, bu proses onların işinə yarayır, eyni zamandaa nə xislətdə olduqlarını ortaya qoyurdu.

Əli Kərimli – o dövrün ziddiyyətli və sarsaq obrazı

AXC dövrünü analiz etmədən bu günün siyasətini anlamaq mümkün deyil. Və həmin dövrün ən ziddiyyətli simalarından biri məhz Əli Kərimlidir. Onun fəaliyyəti barədə yayılan iddialar, AXC-nin öz içində deyilənlər, tarixdə qalan faktlar var:

1. Elçibəyə xəyanət – AXC içində gedən görünməyən savaş

AXC-nin bir çox tanınmış üzvləri açıq etiraf ediblər:

Əli Kərimli partiyanı içəridən parçalayırdı;

Elçibəyin qərarlarını şübhə altına alırdı;

Gənclər fraksiyasını Elçibəyə qarşı yönləndirirdi;

Kabinet daxilində intriqalarla məşğul olurdu.

Bu, siyasi rəqabət yox, xəyanət faktoru idi – AXC-nin özününiçini çürüdən amil.

2. Təcrübəsiz komanda – dövlət idarəetməsini təcrübəmeydanına çevirmək

Əli Kərimli ətrafına əsasən tələbə hərəkatından gələn, dövlətsistemini tanımayan, məsuliyyət yükünü anlamayan şəxsləriyığmışdı:

Bu kadrlar prezident aparatını “siyasi klub”a çevirmişdi;

Dövlət idarə olunmurdu – idarə olunmağa çalışılırdı.

3. Cəbhədəki xaosda məsuliyyət

Parlament sənədləri də, AXC üzvlərinin öz xatirələri də bir faktıtəsdiq edir:

Cəbhədəki komanda birliyinin pozulmasında AXC rəhbərliyinin, o cümlədən Kərimlinin ciddi payı var idi.

Nəticə?

Azərbaycan torpaqları bir-birinin ardınca itirildi.

Bu 17 ay bizə nəyi öyrətdi?

Yaşanan hər şey yaxşısı-yaddaqalanı, pisi-yaddaqalanı ilə insanabir dərs verir. Bu dövr Azərbaycan xalqına çox sərt, çox ağrılıvə çox bahalı dərs verdi: qısaca olaraq belə:

-Dövləti təcrübəsizlərə əmanət etmək olmaz.

-Dövlət siyasəti təbliğatla yox, məsuliyyətlə qurulur.

-Liderlik şüarla yox, qərarlarla ölçülür.

-Xalqın taleyi siyasi oyun obyekti ola bilməz.

AXC–Müsavat hakimiyyəti – bu, sadəcə keçmiş deyil. Bu, dövlətçilik anlayışının necə dağıla biləcəyinin tarixinümunəsidir.

Bəhruz Quliyev

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 29 Noyabr 2025 19:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see223

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see208

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see194

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see177

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see170

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see169

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see154

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see146

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see145

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see143

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see143

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see140

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see139

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see137

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see136

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see131

İngiltərə Kuboku: “Brayton” “Yunayted”i məğlub edib

11 Yanvar 2026 23:01see127

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see126

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see124

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

12 Yanvar 2026 20:51see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri