Icma.az
close
up
RU
AXCP adlı qeyri qanuni qruplaşmada daha 3 altqruplaşma: Sədrlik uğrunda mübarizə pik həddində

AXCP adlı qeyri qanuni qruplaşmada daha 3 altqruplaşma: Sədrlik uğrunda mübarizə pik həddində

Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Siyasi partiyalar haqqında qanunun tələblərinə əsasən AXCP adlı rəsmi partiya mövcud deyil. Yəni Əli Kərimlinin AXCP adlı dərnəyi qeyri-qanuni qruplaşmadan başqa bir şey deyil. Məlum məsələ ilə əlaqədar Əli Kərimli istintaqa cəlb edildikdən sonra bu qeyri-qanuni qruplaşmada daha 3 altqruplaşmanın mövcud olduğu sezilirdi. Bu istiqamətdə 3 nəfərin xüsusilə can-fəşanlıq etdiyi və  Əli Kərimlidən sonra AXCP-də sədrliyə sahiblənmək niyyətində olduqları açıq-aşkar görünürdü. Bunlar Fuad Qəhrəmanlı, Seymur Həzi və Ayaz Məhərrəmlidir. Adları qeyd olunan AXCP adlı qeyri-qanuni qruplaşmanın üzvləri sosial şəbəkədə paylaşımları ilə diqqət çəkir və trolları öz aralarında bölüşdürməyi bacarmışdılar. Əli Kərimlinin səhifəsində trollinq işindən imtina edilmiş, süni bəyənmələr dəfələrlə azalmışdır. Adı qeyd olunan 3 şəxs bir müddət ərzində özlərini potensial sədrlər kimi təqdim etməyə çalışdılar.

Bu 3 şəxs arasındakı daxili mübarizədə Seymur Həzinin üstünlük qazandığı və AXCP-ni ələ keçirmək üçün real addımlar atdığı ötən gün məlum oldu. Belə ki, Seymur Həzi digər rəqiblərindən cəld tərpənərək AXCP-ni rəsmi partiya kimi qeydiyyatdan keçirmək üçün siyasi partiyalar haqqında qanunun tələblərinə uyğun olaraq 5367 AXCP üzvünün reyestr məlumatlarını Ədliyyə Nazirliyinin müvafiq şöbəsinə təqdim etməsi haqqında paylaşım edib. Lakin həmin paylaşımlar nə Fuad Qəhrəmanlı, nə Ayaz Məhərrəmli, nə də digər cəbhəçilər tərəfindən paylaşılıb. Düzdür, Əli Kərimlinin səhifəsindən həmin paylaşım xala-xətir qalmasın deyə paylaşılıb. Olsun ki, səhifənin adminləri də Seymur Həzinin qruplaşmasındadırlar. Kiçik bir müqayisədən də bəlli olur ki, Seymur Həzi üstünlüyü ələ alıb. Belə ki, eyni paylaşıma Seymur Həzinin səhifəsində Əli Kərimlinin səhifəsindəkindən 3 dəfədən çox bəyənmə təmin edilib. Heç şübhə yoxdur ki, qeydiyyat üçün real 5367  sayı təmin edilməyib. Sadəcə bu “burada mənəm, mən bacarıqlıyam, AXCP-də sədrliyə mən layiqəm”, göstərməsindən başqa bir şey deyil.  Bu hərəkəti ilə Seymur Həzi özlərinə lider hesab etdikləri Əli Kərimlidən də bacarıqlı, nüfuzlu olduğunu sübut etməyə çalışır.

Bir sözlə, AXCP adlı qeyri-qanuni qruplaşmada daxili intriqalar, çəkişmələr pik həddə çatıb. Yaxın müddətdə daha ilginc, daha maraqlı hadisələrin şahidi olacağımız heç şübhəsizdir.

Anar Şahmuradov

YAP Ağdaş rayon təşkilatı Aparatının ideoloji işlər üzrə məsləhətçisi

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:127
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 13 Yanvar 2026 15:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri