Icma.az
close
up
RU
AXCP sədrinin evindəki axtarışın Detalları

AXCP sədrinin evindəki axtarışın Detalları

Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu gün səhər saatlarından Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədri Əli Kərimlinin evində axtarış aparır. Rəsmi təsdiqlənib ki, axtarış tədbirləri Prezident Admistrasiyasnın sabiq rəhbəri, hazırda ev dustaqlığında saxlanılan Ramiz Mehdiyevin cinayət işi üzrə davam edən istintaqla bağlıdır.

“Qafqazinfo” AXCP sədrinin evindəki qəfil axtarışın bəzi detallarını öyrənib.

Əldə etdiyimiz məlumata görə, hazırda istintaq Ramiz Mehdiyevlə Əli Kərimli arasında cinayət məsuliyyəti yaradan əlaqələri araşdırır. Bu epizod üzrə də müstəntiqlər çoxsaylı dəlil və sübutlar toplayıblar.

Ən mühüm istiqamətlərdən biri isə Ramiz Mehdiyevin bir müddət əvvəl Rusiyaya göndərdiyi məktubun məzmunudur. Həmin məktubun təhlil edildiyi və Əli Kərimli ilə Ramiz Mehdiyev arasındakı münasibətlərdən bəhs edildiyi təsdiqlənib.

“Boz kardinal” və Kərimli işbirliyini təsdiqləyən başqa məlumatlar da var. Məsələn, onların vaxtaşırı gizli görüşlər keçirdiyi, məxfi məlumat mübadiləsi apardıqları bilinir. Ramiz Mehdiyevin cinayət işinin içində rabitə kanalları vasitəsilə ötürülən məlumatlar da var.

Daha əvvəl Mehdiyevin vəkilləri tərəfindən həmin məlumatların toplanması üçün qəbul edilmiş qərardan apellyasiya şikayəti də verilmişdi. Bu və bənzər başqa həyata keçməyən planlar var ki, Rusiya-Ukrayna müharibəsi bitdikdən sonra onları reallaşdırmaq arzusu yenidən gündəmə gələ bilir. Ona görə ki, müharibədən sonra Rusiyanın Qafqaz üzərində təsir dairəsini yenidən bərpa etməyə çalışacağı heç kimdə şübhə doğurmur.

Belə olan halda qoca “boz kardinal”ın təlimatlandırdığı daim radikal davranışları ilə dövlət maraqlarına qarşı çıxan AXCP-dən də istifadə ediləcək.

Onsuz da Əli Kərimli və təxribatçı klana daxil olan digərləri çoxdandır uyğun fürsət yetişməsini iplə çəkirlər.

Elə qeyd olunanlar da nəzərə alınmaqla belələrinin ipi vaxtında çəkilməli, xüsusilə dövlət təhlükəsizliyi üçün risk hesab edilən fəaliyyətlərin qarşısının alınması üçün birinci AXCP zərərsizləşdirilməlidir.

Qeyd edək ki, Ramiz Mehdiyevin cinayət işi üzrə ibtidai istintaq davam edir. Dövlətə xəyanət, dövlət həkimiyyətini ələ keçirməyə yönələn hərəkətlər və cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma maddələri ilə ittiham olur. Onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 29 Noyabr 2025 22:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see328

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see311

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see302

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see297

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see270

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see252

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see241

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see238

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see225

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see221

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see218

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see215

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see205

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see194

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see194

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see191

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see190

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri