Icma.az
close
up
RU
Axios: “ABŞ Kiyevə təzyiqi artırır”

Axios: “ABŞ Kiyevə təzyiqi artırır”

Icma.az bildirir, Azvision portalına istinadən.

AzVision.az xəbər verir ki, mənbələrə istinad edən Amerikanın “Axios” portalı belə məlumat yayıb.
“Həftələrlə davam edən gərgin diplomatik danışıqlardan sonra ukraynalılar hələ də ABŞ planının bəzi aspektlərinin Moskvanın xeyrinə olduğunu və ABŞ-nin Zelenskiyə Rusiya prezidenti Vladimir Putindən daha çox təzyiq göstərdiyini düşünürlər. Lakin bunu təkzib edən amerikalı BŞ rəsmisi Vaşinqtonun ABŞ-ın da Putinə tələblərini yumşaltmaq üçün təzyiq göstərdiyini vurğulayıb”, - portal yazır.
Ukraynalı mməmurlardan biri “Axios”a açıqlamasında bildirib ki, Kiyevin fikrincə, Trampın nümayəndələri Stiven Uitkoff və Cared Kuşnerin keçən həftə Kremldə Putinlə beş saatlıq görüşündən sonra ABŞ-nin təklifinin pisləşdiyinə inanır.
Onun iddiasına görə, Uitkoff və Kuşner dekabrın 6-da iki saatlıq telefon danışığı zamanı Zelenski ilə planı müzakirə edərkən, sanki ondan açıq-aydın “hə” cavabını almaq istəyirdilər.
- Belə təsəvvür yaranırdı ki, ABŞ bizi müxtəlif yollarla Rusiyanın bütün Donbası ələ keçirmək istəyinə inandırmağa çalışır və amerikalılar telefon danışığı zamanı Zelenskidən bütün bunlara razılıq verməsini istəyirlər”, - ukraynalı məmur deyib.
Maraqlıdır ki, Zelenski Uitkoff və Kuşner ilə telefon danışığında ABŞ-nin təklifini cəmi bir saat əvvəl aldığını və Amerika və Ukrayna rəsmilərinin sözlərinə görə, hələ də oxumadığını bildirib.
Tramp: “Zelenski məni bir az məyus edib” ABŞ təmsilçisi bunun qəribə olduğunu söyləyib, çünki yenilənmiş təklifi ABŞ bir gün əvvəl təqdim etmişdi. Ukraynalı məmur isə, bəzi sənədlərin bir gün əvvəl təqdim olunduğunu təsdiqləsə də, digərlərinin zəngdən bir qədər əvvəl alındığını iddia edib.
“ABŞ-nin təklifi ərazi və Zaporojye Atom Elektrik Stansiyasına (AES) nəzarət kimi məsələlərlə bağlı əvvəlki versiyalardan daha sərt şərtləri ehtiva edirdi və təhlükəsizlik zəmanətləri ilə bağlı əsas sualları cavablandırmırdı. Belə görünürdü ki, ABŞ Zelenskinin elə telefon danışığında sadəcə şərtlərlə razılaşacağını gözləyirdi”, - ukraymalı məmur söyləyib.
Amerikalı məmur, öz növbəsində, hazırkı layihəyə Ukraynanın təkliflərinin əhəmiyyətli dərəcədə təsir etdiyini, Kuşner və Uitkoffun Putinə Ukraynanın bəzi tələbləri ilə razılaşmaq üçün təzyiq göstərdiklərini deyib.
- Lakin bu vəziyyət, komandalarının danışıqlara çoxlu saat sərf etmələrinə baxmayaraq, Zelenski və Tramp administrasiyası arasında etimadın olmadsığını əks etdirir”, - portal diqqətə çatdırır.
“Axios” qeyd edir ki, Ukrayna rəsmiləri ABŞ-nin Zelenskiyə daha təsirli təzyiq göstərə bilmək üçün onu Avropa liderlərindən uzaqlaşdırmağa çalışdığını düşündüklərini deyiblər.
Tramp administrasiyası Zelenskiyə tez hərəkət etməsi üçün təzyiq göstərsə də, avropalılar ona ehtiyatlı və səbirli olmağı məsləhət görürlər. Portalın fikrincə, bu reallıq avropalıları razılığa gəlmək yolunda “əsas maneə” kimi görən bəzi Ağ Ev rəsmilərini qıcıqlandırır.
Xatırladaq ki, bundan əvvəl ABŞ prezidenti Donald Tramp Rusiyanın “sülh planı” ilə razılaşdığını, Ukrayna prezidenti Volodimir Zelenskinin isə “heç onu oxumadığını” bildirmişdi.
Zelenski, öz növbəsində, dekabrın 8-də verdiyi müsahibədə Trampın “sülh planı” üzrə danışıqlarda ərazi məsələləri, xüsusən də Donetsk bölgəsinin taleyi ilə bağlı tərəflərin hələ də razılığa gələ bilmədiyini təsdiqləyib.
Sahil İsgəndərov
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:133
embedMənbə:https://azvision.az
archiveBu xəbər 09 Dekabr 2025 10:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see355

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see353

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see314

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see304

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see304

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see302

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see287

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see286

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see275

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see241

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see239

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see235

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see230

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see227

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see217

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see208

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see203

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see183

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see181

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri