Axios: ABŞ Oslodakı danışıqlardan sonra Rusiyadan kompromisə getməyi gözləyir
Icma.az xəbər verir, Adelet.az saytına əsaslanaraq.
Ağ Ev hesab edir ki, ABŞ Prezidenti Donald Trampın Rusiya dizelinin satışına qoyulmuş sanksiya məhdudiyyətlərini yumşaltmağa razılaşmasından və Kremlin maraqları naminə digər addımlar atmasından sonra Moskvada "kompromisə daha böyük hazırlıq" nümayiş etdiriləcək.
Adalet.az xəbər verir ki, bunu "Axios" məlumatlı mənbəyə istinadən yazıb.
Norveç paytaxtı Osloda ABŞ, Avropa və Ukrayna nümayəndələrinin iştirakı ilə keçirilən danışıqların gedişindən məlumatlı olan mənbə qeyd edib ki, tərəflər Rusiya ilə sonrakı dialoqa dair mövqelərini razılaşdırıblar.
Məlumata görə, görüşdə Rusiya-Ukrayna müharibəsinin dayandırılmasına dair çərçivə sazişi ilə bağlı vahid təklif müzakirə olunub. Nəşrin həmsöhbətinin sözlərinə görə, Ukrayna yeni ideyalar və təkliflər irəli sürüb, onlar ətraflı şəkildə nəzərdən keçirilib. Mənbə danışıqlar zamanı əhəmiyyətli irəliləyişin əldə olunduğunu və sonrakı addımlar barədə işçi səviyyədə mövqelərin razılaşdırıldığını qeyd edib.
Portal vurğulayıb ki, Ağ Evin xüsusi nümayəndəsi Stiv Uitkoff oktyabrın 21-də Sankt-Peterburqda Rusiya Prezidenti Vladimir Putinlə görüş zamanı ona yenilənmiş təklif paketini təqdim edəcək, Trampın kürəkəni Cared Kuşner isə görüşə videobağlantı vasitəsilə qoşulacaq.
Məmur bildirib ki, Vaşinqtonda yeni təklifin birbaşa üçtərəfli və daha geniş çoxtərəfli danışıqlara keçməyə imkan verəcəyinə ümid edirlər.
Bununla belə, Kuşner yenidən Trampın Ukraynanın Rusiya neft emalı zavodlarına qarşı zərbələrinin dayandırılması tələbini səsləndirib. Görüşdən sonra Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevin Moskva analoji addımlar atarsa, zərbələri dayandırmağa hazır olduğunu bəyan edib.
Xatırladaq ki, oktyabrın 20-də Osloda Avropa, Ukrayna, ABŞ nümayəndələri, həmçinin Fransa, Böyük Britaniya, Almaniya, Polşa, Aİ və NATO nümayəndələri arasında görüş keçirilib. Finlandiya Prezidenti Aleksandr Stubb danışıqlarda Rusiya-Ukrayna münaqişəsinin həllində real irəliləyişin əldə olunduğunu qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 21 Oktyabr 2026 07:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















