Axios : Əraqçı və Uitkoff 45 dəqiqə danışıblar
Icma.az, Oxu.az saytına istinadən bildirir.
ABŞ-nin xüsusi nümayəndəsi Stiv Uitkoff və İranın xarici işlər naziri Abbas Əraqçı Omanda Tehran-Vaşinqton danışıqları zamanı təxminən 45 dəqiqə üz-üzə görüşüblər.
Bu barədə "Azad İran" "Telegram" kanalı "Axios" nəşrinə istinadən xəbər verir.
Mövcud məlumatlara görə, bu müddət ictimaiyyətə elan edildiyindən daha uzun çəkib. Nəşr son səkkiz ildə ABŞ və İran rəsmiləri arasında ən yüksək səviyyəli dialoq olan bu söhbəti "mahiyyətli, ciddi və əla" olaraq qiymətləndirib.
Qeyd olunur ki, İran rəsmiləri Trampın əvvəlki razılaşmanı pozduğunu xatırladaraq, bu cür davranışın təkrarlanması ehtimalı barədə xəbərdarlıq ediblər. Digər tərəfdən, Vaşinqton da Tehranın nüvə proqramı ilə bağlı gizli məqsədlərinə dair narahatlığını ifadə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 14 Aprel 2025 17:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















