Axios: Şahzadə Bin Salman Trampdan dəstək istədi
Turkstan.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Axios-un məlumatına görə, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman husilərə qarşı mümkün hərbi əməliyyatlar öncəsi ABŞ prezidenti Donald Trampı məlumatlandıraraq Vaşinqtondan dəstək istəyib.
Turkustan.az xəbər verir ki, nəşrin ABŞ administrasiyasındakı iki rəsmiyə istinadən yaydığı xəbərə əsasən, Tramp bin Salmanın İranın dəstəklədiyi Husi üsyançılarına qarşı hərbi əməliyyat keçirmək planını dəstəkləyib.
Mənbələrin sözlərinə görə, Səudiyyə Ərəbistanı ötən həftə husilərlə mümkün genişmiqyaslı qarşıdurma ilə bağlı narahatlığını Vaşinqtona çatdıraraq ABŞ-dan hərbi və diplomatik dəstək istəyib. Bu addım Ər-Riyadın vəziyyətin gərginləşəcəyi təqdirdə Vaşinqtonun dəstəyinə ehtiyac duyduğunu göstərir.
Diplomatik təmaslar çərçivəsində cümə axşamı Səudiyyə Ərəbistanının Vaşinqtondakı səfiri ABŞ dövlət katibi Marko Rubio ilə görüşüb. Ertəsi gün isə Rubio Səudiyyə Ərəbistanının xarici işlər naziri Şahzadə Feysəl bin Fərhanla telefon danışığı aparıb.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 14 İyul 2026 10:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















