Axios: Uitkoff Zelenski ilə görüşdən sonra Rusiyaya səfər etməyi planlaşdırır
Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlardan sonra Rusiyaya səfər edərək Vladimir Putinlə görüşmək niyyətindədir.
Bu barədə “Axios” portalının müxbiri Barak Ravid mənbələrinə istinadən “X” hesabında məlumat yayıb.
Bildirilib ki, Uitkoff oktyabrın 20-də Osloda Zelenski ilə görüşəcək. Danışıqlarda Norveçin Baş naziri Yonas Qar Störe, həmçinin Böyük Britaniya, Almaniya, İtaliya, Fransa, Avropa İttifaqı və NATO nümayəndələrinin iştirakı gözlənilir.
Görüşün əsas məqsədi Rusiya ilə sülh danışıqlarının bərpasına əsas yarada biləcək hərtərəfli təklifin hazırlanmasını davam etdirməkdir.
Məlumata görə, ABŞ, Ukrayna və Avropa nümayəndələri ötən həftə texniki səviyyədə mümkün sülh razılaşmasının əsas müddəaları üzərində işləyiblər.
Müzakirə olunan məsələlər arasında Rusiyada Ukrayna Silahlı Qüvvələrinin tərəfində döyüşlərdə iştirak etdiyinə görə məhkum olunmuş 72 yaşlı ABŞ vətəndaşı Stefan Habbardın azad edilməsi də var.
Mənbələrin bildirdiyinə görə, Uitkoff Oslo görüşündən sonra Moskvaya səfər edərək hazırlanmış təklifləri Putinlə müzakirə etməyə ümid edir.
“Prezident Donald Tramp Ukrayna və Avropanın iştirakı ilə hərtərəfli sülh təklifinin hazırlanması üçün intensiv iş aparılmasını tapşırıb. Növbəti addım bu təkliflərin Rusiya ilə ciddi danışıqlara əsas olub-olmayacağını müəyyənləşdirməkdir”, – mənbə bildirib.
Qeyd olunub ki, Trampın kürəkəni Cared Kuşner qripə yoluxduğu üçün Uitkoffu səfərdə müşayiət etməyəcək. Onun danışıqlara məsafədən qoşulacağı gözlənilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 20 Oktyabr 2026 08:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















