Axirət günü nə vaxt olacaq? Tarix AÇIQLANDI
Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Amerikalı astronomlar Yeri kürəsinin məhv olacağı tarixi açıqlayıb.
Modern.az xəbər verir ki, onlar Günəşə bənzər ulduzların həyatlarının son mərhələsində necə dəyişdiyini müşahidə etməklə 5 milyard ildən sonrakı proseslər və Günəşin taleyi haqqında təsəvvür yarada bilirlər.
Bu proses çərçivəsində Yerdən təxminən 5 min işıq ili uzaqlıqda, Əkizlər bürcündə yerləşən NGC 2392 planetar dumanlığı tədqiq olunub. NASA-nın məlumatına görə, bu obyekt Günəşə bənzər bir ulduzun həyatının son mərhələsini əks etdirir.
Ulduzlar həyatlarının böyük hissəsində nüvələrində hidrogeni heliuma çevirərək enerji yaradır. Lakin nüvədə hidrogen ehtiyatı tükəndikcə ulduzun daxili quruluşu dəyişir və o, sürətlə genişlənərək qırmızı nəhəng mərhələsinə keçir.
Günəşin də təxminən 5 milyard ildən sonra bu mərhələyə çatacağı gözlənilir. NASA-nın məlumatına əsasən, həmin dövrdə Günəş indiki ölçüsündən 100 dəfədən çox böyüyə bilər. Merkurinin və Veneranın, böyük ehtimalla isə Yerin də bu proses nəticəsində məhv olması mümkündür. Daha uzaqdakı planetlərin taleyi isə tam aydın deyil.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 18 Avqust 2026 10:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















