Axşam araq içib səhər maşın sürən şəxs cərimələnə bilər?
Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Axşam saatlarında spirtli içki qəbul edən şəxsin səhər saatlarında sükan arxasına keçməsi cəmiyyətdə tez-tez müzakirə olunan məsələlərdəndir. Xüsusilə də sürücülər arasında “axşam içilən alkoqolun səhər cəriməyə səbəb olub-olmaması” sualı aktuallığını qoruyur. Maraqlıdır, axşam içən şəxsə səhər buna görə cərimə yazıla bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, bu, qəbul edilən spirtli içkinin miqdarından asılıdır. Onun sözlərinə görə, əgər sürücü az miqdarda spirtli içki qəbul edibsə, səhər saatlarında nəfəsdə və qanda alkoqolun miqdarı xeyli azalır və bu, adətən ölçmə zamanı aşkar edilmir.
Ekspert qeyd edib ki, spirtli içki çox miqdarda qəbul edildikdə isə vəziyyət fərqli ola bilər:
“Əgər şəxs axşam saatlarında xeyli miqdarda spirtli içki qəbul edibsə, səhər saatlarında belə bu, özünü göstərir. Belə hallarda alkoqolun qanda və nəfəsdə qalması mümkündür və bu da inzibati məsuliyyətə səbəb olur”.
Eldəniz Cəfərovun sözlərinə görə, yol polisi tərəfindən aparılan yoxlama zamanı alkoqolun normadan artıq olması aşkarlanarsa, sürücüyə qanunvericiliyə uyğun olaraq cərimə və digər inzibati tədbirlər tətbiq edilə bilər.
Aynurə İsmayıl
KONKRET.az
Baxış sayı:115
Bu xəbər 18 Dekabr 2025 17:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur








Günün ən çox oxunanları



















