Axşam saatlarında İsveçə səfərə yollanacayıq Futzalçı DANIŞDI
Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.
"Azərbaycan-İsveç arasında oyun İsveç milli komandasının doğma meydançasında olacaq". Bunu SİA-ya açıqlamasında Azərbaycanın futzal millisinin üzvü Emin Kürdov deyib.
O, Avropa çempionatının əsas mərhələsində səfərdə İsveç millisinə qarşı keçirdəcəkləri oyun barədə danışıb.
Kürdovun sözlərinə görə, onlarda da şans az olsa da reytinq xallarına görə oynayıb, mübarizə aparıb, qələbə qazanmaq istəyəcəklər: "Təbii ki, bizdə ora qələbə üçün gedirik. Düzgün qruplarda qələbəmiz yoxdur, onun üçün mübarizə aparırıq. Hazırlıq-məşq prosesləri gündə 2 dəfə olmaqla keçirilir. Hal-hazırda məşq bitib, axşam saatlarında İsveçə səfərə yollanacayıq. Rəqibimizlə həm klub, həm də milli səviyyəsində dəfələrlə oynamşıq. Mübarizə heç də asan olmayacaq. Amma ən önəmli problem meydan örtüyü məsələsidir. Bildiyimiz kimi Azərbaycanda oyun taxta üzərində oynanılır, amma İsveçdə oynayacağımız zal “trafilix”, yəni yumşaq örtük üzərində oynanılması bizim üçün problem yarada bilər. Ümumi komandada vəziyyət, ab-hava yaxşıdır. Ümid edirik ki, vətənə qələbə ilə qayıdacağıq".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 08 Aprel 2025 16:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















