Axşam saatlarında Rusiyanın 3 hava limanında uçuşlar DAYANDIRILDI
Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Rusiyanın Ufa və Kirov hava limanlarında da təyyarələrin gəlişi və gedişi müvəqqəti məhdudlaşdırılıb.
Məlumatı Rosaviasiya nümayəndəsi Artem Korenyako Telegram kanalında yayıb.
Məlumata görə, Kirovdakı hava limanının fəaliyyəti Moskva vaxtı ilə saat 18:45-dən, Ufada isə saat 18:50-dən dayandırılıb.
Qeyd edək ki, bu gün səhər və günortadan sonra Saratov, Ulyanovsk, Samara və Kazan hava limanlarında da analoji məhdudiyyətlər tətbiq edilib.
Bu addımlar “mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək üçün” atılıb. Həmçinin bildirilirdi ki, “Xalça” planı Nijnekamskda hava hücumu həyəcanı fonunda tətbiq edilib. Kazan, Samara və Nijnekamsk hava limanlarında məhdudiyyətlər saat 19:20-dən götürülüb. Lakin saat 21.00-da yenidən Nijnekamsk hava limanında uçuşlar dayandırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 11 Yanvar 2025 23:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















