Icma.az
close
up
RU
Axşam yeyilən meyvə kökəldir

Axşam yeyilən meyvə kökəldir

News24 portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İnsan sağlamlığının əsasında düzgün qidalanma dayanır. Hətta ana bətnində olan körpənin belə inkişafı ananın qida seçimi ilə birbaşa əlaqəlidir.

News24.az xəbər verir ki, bunu dietoloq Ləman Süleymanova BAKU.WS-ə açıqlamasında deyib.

Onun sözlərinə görə, qidalanma gündəlik həyatın ayrılmaz hissəsidir və qəbul edilən qidaların kalorisi qədər onu necə istifadə etdiyimiz də çox önəmlidir.

“Gün ərzində 2000–3000 kilokalorilik yeməklə qidalanan insan bu enerjini fiziki aktivliklə sərf edirsə, bu, maddələr mübadiləsinə müsbət təsir edir. Əks halda maddələr mübadiləsi zəifləyir, həzm prosesi çətinləşir və nəticədə artıq çəki, şəkər kimi problemlər yarana bilər”, – deyə dietoloq bildirib.

Ləman Süleymanovanın fikrincə, əsas qidalanma günün ilk yarısında olmalıdır: “Günorta saat 3-ə qədər qəbul edilən qidalar daha yaxşı həzm olunur. Axşam saatlarında isə orqanizmin enerjiyə tələbatı azalır, maddələr mübadiləsi zəifləyir. Bu səbəbdən axşam saatlarında meyvə yemək kökəlməyə və qanda şəkərin yüksəlməsinə səbəb ola bilər. ”

Dietoloq həmçinin kartofun düzgün şəkildə yeyilməsinin faydasını vurğulayıb: “Kartofun qabığında xərçəngə qarşı qoruyucu maddələr var. Amma bişirmədən əvvəl nişastanın çıxması üçün suda saxlanılması tövsiyə olunur.”

Təbii zülal mənbəyi olan lobyanın da faydalı olduğunu bildirən mütəxəssis onun hər gün və xüsusilə ətlə birlikdə qəbul edilməsini düzgün saymır: “Bu, həzmi çətinləşdirə, mədə turşusunu artıra və təzyiq problemi yarada bilər.”

O, toyuq ətindən də danışaraq bildirib ki, yalnız təbii formada böyüdülmüş toyuq əti faydalıdır: “Süni üsullarla yetişdirilən toyuqlar uşaqlarda hormonal pozuntulara səbəb ola bilər.”

Qırmızı ətin dəmir, protein və vitaminlərlə zəngin olduğunu deyən Ləman Süleymanova bildirib ki, bu qida əzələ gücünü artırmaqla yanaşı, dəriyə də müsbət təsir edir.

Ən çox kalori yağ və qoz-fındıqda var

– Zeytun yağı – 884 kcal / 100 g

– Kokos yağı – 862–895 kcal / 100 g

– Toyuq budu (dəri ilə) – 427 kcal / 100 g

– Qoyun əti – 254 kcal / 100 g

– Mal əti – 320–480 kcal / 100 g

– Qızıl kartof – 72 kcal / 100 g

– Lobya və paxlalılar – 115 kcal / 100 g

– Qoz, badam, toxumlar – enerji və yağ baxımından zəngin

Sonda mütəxəssis xəbərdarlıq edir: “Heç bir qidanı tamamilə rasiondan çıxarmaq düzgün deyil. Hər şeydən az miqdarda, balanslı şəkildə istifadə etmək ən doğrusudur. Qidanı düşmənə yox, dostuna çevirmək bizim əlimizdədir.”/konkret

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:144
embedMənbə:https://news24.az
archiveBu xəbər 04 İyul 2025 21:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see356

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see348

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see344

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see316

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see315

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see250

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see247

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see234

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see229

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see227

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see223

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see218

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see214

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see205

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see203

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see202

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see197

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see192

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see178

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri