Axtarışda olan Azərbaycan vətəndaşı Türkiyədə saxlanılıb
Icma.az, Reyting.az portalına istinadən məlumat yayır.
Türkiyədə barəsində müxtəlif cinayətlər üzrə 43 il 3 ay 10 gün müddətinə azadlıqdan məhrumetmə hökmü çıxarılmış Azərbaycan vətəndaşı İğdır vilayətində tutulub.
Bu barədə məlumat Türkiyə KİV-də yayılıb.
Qeyd olunub ki, insan alveri, habelə şəxsi fahişəliyə təşviq etmə, buna məcbur etmə, vasitəçilik və yer təmin etmə cinayətlərinə görə barəsində 43 il 3 ay 10 gün həbs cəzası və 12 min 480 lirə (təqribən 487 manat) məbləğində cərimə hökmü çıxarılmış N.S. (53 yaş) İğdır–Naxçıvan avtomobil yolu üzərində keçirilən qəfil yoxlama zamanı şübhə əsasında saxlanılan nəqliyyat vasitəsində aşkarlanıb.
Saxlanılan şəxs barəsində aparılan istintaq-əməliyyat tədbirlərindən sonra tutularaq cəzaçəkmə müəssisəsinə təhvil verilib/Report
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:317
Bu xəbər 05 Fevral 2026 11:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















