Axtarışda olan kişi arvadından bezib polisə zəng elədi Gəlin məni aparın
Icma.az, Milli.az portalına istinadən məlumat yayır.
Polşada axtarışda olan 40 yaşlı kişi qadın partnyorundan bezdiyi üçün polisə zəng edərək özünün həbs olunmasını xahiş edib.
Milli.Az xəbər verir ki, bu barədə Pekary-Slensk şəhərinin bələdiyyə polisi məlumat yayıb.
Məlumata görə, dekabrın 10-u axşam saatlarında polisə zəng edən kişi axtarışda olduğunu deyib və partnyorunun onu əsəbiləşdirdiyini bildirərək həbsxanaya göndərilməsini istəyib. Polis əməkdaşları onun ünvanını müəyyən edərək hadisə yerinə yollanıblar.
Lakin polis mənzilə çatanda kişi fikrini dəyişib və qapını açdıqdan sonra hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı aqressiv davranıb. Buna baxmayaraq, o saxlanılıb.
Məhkəmənin qərarına əsasən, kişi növbəti 6 ayı həbsxanada keçirəcək.
İsmayıl
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 16 Dekabr 2025 14:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















