Axtarışda olan şəxs 2 il özünü əkiz qardaşı kimi göstərib
Icma.az, Sfera.az portalına istinadən məlumat verir.
Polşada polis özünü əkiz qardaşı kimi təqdim edən şəxsi saxlayıb.
 
Sfera.az bildirir ki, 22 yaşlı gənc törətdiyi cinayətlərə görə 1,5 il həbs cəzası alıb. Cəzadan yayınmaq üçün qardaşına bənzəyişindən istifadə etmək qərarına gəlib. Polis tərəfindən axtarışda olan 22 yaşlı gənc 2 ilə yaxın özünü əkiz qardaşı kimi təqdim edib. O, hətta ən yaxın qohumlarını da buna inandıra bilib.
Belə ki, soyğunçuluq edən, özgənin əmlakını dağıdan və narkotik maddə saxlayan İzbikko kənd sakini 1,5 il müddətinə həbs olunduğu üçün axtarışa verilib. O, həbs olunmamaq üçün özünü Almaniyada yaşayan əkiz qardaşı kimi göstərmiş, hətta yaxın ətrafını, o cümlədən ailəsini də axtarışda olmayan cinayətkar olmadığına inandırıb.
 
Plan qüsursuz görünsə də, polisin israrlı və diqqətli işi sayəsində onun hiyləsi üzə çıxıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları oğlanı həbs etməyə gəliblər, lakin o, son dəqiqəyə kimi hamını onun özü olmadığına inandırıb. Məmurlar 22 yaşlı gəncin sözlərinə inanmayıb və sonda onu əli qandallı şəkildə evdən çıxarıblar. O, növbəti 1,5 ilini həbsxana kamerasında keçirəcək.
Aynil
 Baxış sayı:54
Baxış sayı:54 Bu xəbər 06 Dekabr 2024 21:10 mənbədən arxivləşdirilmişdir
Bu xəbər 06 Dekabr 2024 21:10 mənbədən arxivləşdirilmişdir



 Daxil ol
Daxil ol
 Xəbərlər
Xəbərlər Hava
Hava Maqnit qasırğaları
Maqnit qasırğaları Namaz təqvimi
Namaz təqvimi Qiymətli metallar
Qiymətli metallar Valyuta konvertoru
Valyuta konvertoru Kredit Kalkulyatoru
Kredit Kalkulyatoru Kriptovalyuta
Kriptovalyuta Bürclər
Bürclər Sual - Cavab
Sual - Cavab İnternet sürətini yoxla
İnternet sürətini yoxla Azərbaycan Radiosu
Azərbaycan Radiosu Azərbaycan televiziyası
Azərbaycan televiziyası Haqqımızda
Haqqımızda Əlaqə
Əlaqə 
 
 
 
 TDSMedia © 2025 Bütün hüquqlar qorunur
TDSMedia © 2025 Bütün hüquqlar qorunur
 







 Günün ən çox oxunanları
Günün ən çox oxunanları



















