Icma.az
close
up
RU
Ay matanı, matanı, matanı ... KÖŞƏ

Ay matanı, matanı, matanı ... KÖŞƏ

Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Müasir dünyanın yenilikləri, informasiya texnologiyaları çox şeyin zibilini çıxarıb. Çox insanın ağlını başından etməklə yanaşı, qohumluq əlaqələrinin, ailəvi dostluq və qonşuluq münasibətlərinin sıradan çıxmasına da ciddi təsir edib. Yəni əvvəllər qohumlar, ailəvi dostlar hal-əhval tutmaq üçün bir-birinin evinə gedib, gəlirdilər, indi isə telefonla danışmaqla stol bəzəmək və bununla da qarşı tərəfə "maddi ziyan" vurmaq məsələsindən azad ediblər.

Tarixən mövcud olan bayramlarda biri-birinin evinə xonça aparmaq, ev bəzəmək, süfrə açmaq ənənəsi də cılızlaşıb. İndiki texnologiya əsrində hər kəs dostuna, qohum- qardaşına, tanışına Qurban bayramında bayram sovqatını qoç şəkili, Novruz bayramında isə səməni şəkli göndərməklə işini bitmiş hesab edir. Elə vəziyyət yaranıb ki, təbriki yazı formasında yazmağa da ərinirlər. Sadəc, kiminsə ona göndərdiyi qoç və ya səməni şəkilini ünvana yönəltməklə xəcalət tərini alnından silmiş olur.

Yeni texnologiyanın ən vahiməlisi süni intellekt deyilən zadın meydana gəlməsidir. Bu insanın canına vəlvələ sala biləcək texnologiya o dərəcədə əndərəbadidir ki, artıq hər şeydən və hər kəsdən şübhələnirsən. Ciddi hesab olunan videoya baxanda düşünürsən ki, bu videonu hansısa videobloger süni intellektlə quraşdırıb. O gün bir nəfər tanıdığım şəxs and içib aman etdi ki, yaxın əzizinin səsi ilə ona zəng edib, evə gəlməsini, daha sonra isə onun kartına pul atmasını istəyib. Sadəlövh tanışım da zəng edən şəxsin göndərdiyi kartına pulu göndərib. Qaça -qovla evinə gələndə, hər kəs şübhəli nəzərlə ona baxıb, - işdə nəsə olub, nə tez gəldin-deyə sorğu-sual ediblər. Biçarə tanışım da üzləşdiyi telefon danışığı barədə məlumat verəndə, oğlunun bunu süni intellektlə edildiyini bildirib. Deyir ki, aldandığını və dələduzların qurbanı olduğunu anladıqdan sonra, kömək üçün çox yerə, çox şəxsə müraciət etsə də, nəticəsi olmayıb. Açığı tanışımın başına gələn hadisədən sonra sosial şəbəkələrdə yayılan videoların, mənə olunan zənglərin, vatçap üzərindən yazılan sözlərin həqiqliyinə şübhə ilə yanaşmağa başlamışam. O gün də sosial şəbəkədə qarşıma bir ağlı - başı yerində, danışığı və duruşu normal görünən şou əhlinin bir mütrübünün müxləf hoqqalar çıxarmaqla “ay matanı, matanı, matanı” oxuyub, rəqs etməsi videosu çıxdı. Diqqətlə baxanda, tanıdım, - özüdür ki var, bu Nigar Camaldır, 2011-ci ildə ifa etdiyi "Running Scared" mahnısı ilə Avroviziya Mahnı Müsabiqəsinin qalibi olmuşdur-deyə söyləndim. Ancaq açıq-saçıq, əndərəbadi görünüşü mən də şübhələr yaratdı. Düşündüm ki, yəqin kimsə bu hoqqa verən şou əhlinin tanınmış mütrübü ilə məzələnir. Yəni zarafatcıl dostlarından biri süni intellektin imkanlarından istifadə etməklə məsləkdaşını ələ salır. Lakin bu dəfə səhvə yol verdiyim üzə çıxdı. Məlum oldu ki, “Ay matanı, matanı, matanı” deyib rəqs edən xanım əslində özüdür ki, var- Nigar Camaldır. Həqiqətdə bu xanım hansı xalqa məxsus olduğu bilinməyən musiqinin sədaları altında oxuyur, rəqs edir və ətrafındakı mütrüblər də onu cuşa gətirmək üçün şıdırğı əl çalırlar. Əhsən olsun belə məxluqlara, eşq olsun belə zümrəyə, “molodes”, “bravo” və digər təriflər. Lakin bir şey anlaşılan deyil. Görən bu məxluqlar nə yeyirlər, nə içirlər ki, cəmiyyətin min illərdir ki, mövcud olan və bu gün də öz tarixi dəyərini qoruyub, saxlayan adət-ənənəsinə qarşı hörmətsizlik nümayiş etdirirlər? Yəni bu mütrüb ordusu anlamır ki, televiziya qarşısında ağbirçək analar, ağsaqqal kişilər də onları izləyə bilər. Və ya sosial şəbəkələrdə yeniyetmə gənclər, uşaqlarda onlara baxa bilər. Axı onları qınayırlar, söyürlər, lağa qoyurlar. “Ay matanı, matanı, matanı” musiqisinin sədaları altında hoqqa vermək elitar təbəqənin ali nümayəndəsi olmaq demək deyil. Hərəkətinlə, çırıq paltarınla, sözlərinlə bir yığın məxluqa xoş gələ bilərsən ki, onlarında kimliyi və nə işlə məşğul olduqları Azərbaycan ictimaiyyətinə bəllidir. Ümumiyyətlə bu şou əhlinin əndərəbadi ünsürlərinin demək olar ki, böyük əksəriyyəti yararsızdır. Necə deyərlər hamısı bir bezin qıraqlarıdırlar. “Biri beşə, beşi isə heçə dəyməyənlər”dir.

Məndən bu qədər, məsləhətim isə ondan ibarətdir ki, özünüzə hörmət edin, özünüzə dəyər vermirsinizsə, cəhənnəmə heç olmasa Azərbaycan xalqının maraqlarını, adət -ənənələrini düşünün. Ən azı dünyaşöhrətli Alim Qasımovdan, özlərinə Azərbaycan xalqının qəlbində, ürəklərində böyük rəğbət qazandıran Zabit Nəbizadədən, Mələkxanım Əyyubovadan, Elnarə Abdullayevadan, Ağakərim Natiqdən, Zeynal Əhmədovdan, Abgül Mirzəliyevdən, Naspəri Dostəliyevadan, Mirələm Mirələmovdan, Ağakərim Natiqdən və digər ədəb və ərkanları, özlərini ictimai maraqlara uyğun aparan sənətkarlardan dərs alın, öyrənin. Nəzərə almaq lazımdır ki, öyrənmək, heç zaman gec deyil.

İLHAM ƏLİYEV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:240
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 11 Sentyabr 2025 14:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see339

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see337

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see333

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see273

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see268

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see265

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see263

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see259

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see258

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see244

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see219

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see213

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see213

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see212

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see212

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see209

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see208

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see206

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see205

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri