Icma.az
close
up
RU
Ay səthində Yer izləri: Kosmik səyahətdə hər şeyi dəyişdirəcək tədqiqat

Ay səthində Yer izləri: Kosmik səyahətdə hər şeyi dəyişdirəcək tədqiqat

Qaynarinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ay üzərində koloniya qurmaq ideyası onilliklərdir elmi-fantastik roman və filmlərin əsas mövzularından biri olsa da, real dünyada bu xəyala hələ də yaxınlaşmaq mümkün olmayıb. 

Qaynarinfo xəbər verir ki, NASA-nın iddialı layihələrinə baxmayaraq, Ayda yaşamağın qarşısında son dərəcə sərt maneələr mövcuddur. Yer kürəsinin sədaqətli peyki bildiyimiz mənada həyatı dəstəkləyəcək resurslardan demək olar ki, tamamilə məhrumdur. Nə içməli bir damcı maye su var, nə də qoruyucu atmosfer. Səthdəki şərait isə demək olar ki, tam vakuumu xatırladır. Buna görə də Ayda qurulacaq istənilən yaşayış məntəqəsi üçün həll edilməli ilk və ən həyati məsələ nəfəs alına bilən hava sisteminin yaradılmasıdır.

İndiyədək elmi ictimaiyyətdə üstünlük təşkil edən yanaşmaya görə, Ayda soluna bilən hava mühiti yaratmaq üçün lazım olan qazlar Yerdən daşınmalı idi. Milyardlarla dollar xərc və nəhəng logistik çətinliklər tələb edən bu fikir bir çox layihənin kağız üzərində qalmasına səbəb olmuşdu. Lakin 2025-ci ilin dekabrında dərc olunan yeni bir tədqiqat bu çıxılmaz vəziyyəti kökündən dəyişdirən bir kəşfi üzə çıxarıb: təbiət ehtiyac duyduğumuz xammalı milyardlarla ildir bizim əvəzimizdən Ayın üzərinə daşıyır.

Ay torpağı əslində zaman kapsuludur

Roçester Universitetindən olan tədqiqatçı qrupunun apardığı kompüter modelləşdirmələri Yer atmosferindən qopan hissəciklərin Günəş küləklərinin təsiri ilə davamlı şəkildə Ay səthinə sürükləndiyini sübut edib. Əslində "Apollo” missiyaları zamanı gətirilmiş torpaq nümunələrində azot, karbonmonoksid və arqon kimi elementlərin izlərinə rast gəlinmişdi. Lakin yeni nəticələr bu maddələrin ora təsadüfən deyil, birbaşa Yerdən çatdığını göstərir. Günəş sistemində saatda təxminən 1,6 milyon kilometr sürətlə əsən Günəş küləkləri atmosferimizdəki ionları Ay səthinə qədər aparır.

Əvvəlki nəzəriyyələr Yer kürəsinin maqnit sahəsi formalaşdıqdan sonra bu hissəcik ötürülməsinin təxminən 4 milyard il əvvəl dayandığını irəli sürürdü. Lakin son modelləşdirmələr bunun əksini göstərir. Hətta Yer maqnit sahəsinin xətləri yüklü hissəcikləri Ay istiqamətində daşıyan bir növ "avtomagistral” rolunu oynayaraq prosesi sürətləndirə bilər. Bu fakt Ay torpağını (reqolit) təkcə xammal mənbəyi deyil, eyni zamanda planetimizin milyardlarla illik atmosfer tarixini qoruyan nəhəng zaman kapsuluna çevirir.

Nəfəs alına bilən hava yaratmaq üçün tələb olunan əsas elementlərin artıq Ay səthində toplanmış olması gələcək məskunlaşma planları baxımından olduqca ümidverici hesab edilir. Alimlər bu torpaq qatını araşdırmaqla atmosferin necə formalaşdığına dair bir "resept” hazırlaya bilərlər. Bununla yanaşı, bu resursların necə emal ediləcəyi və səthdəki güclü radiasiya ilə necə mübarizə aparılacağı kimi ciddi suallar hələ də cavabsız qalır. Buna baxmayaraq, Ayda nəfəs almanın açarının məhz Yer kürəsindən əsən küləklərdə gizlənməsi koloniyalaşma ideyasına daha real və praktik bir çalar qatır.

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 18 Yanvar 2026 12:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see319

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see319

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see316

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see312

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see294

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see293

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see278

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see275

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see269

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see269

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see267

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see265

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see259

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see256

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see254

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see243

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see240

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see235

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see219

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri