Icma.az
close
up
RU
“Ayaks” Bakıda “Qarabağ”la oyunda sıfır sindromu ndan qurtulmaq istəyir

“Ayaks” Bakıda “Qarabağ”la oyunda sıfır sindromu ndan qurtulmaq istəyir

Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.

Amsterdam təmsilçisi Çempionlar Liqasında hələ də xal qazana bilməyib və Bakıda Ağdamın “Qarabağ” komandasına qarşı keçiriləcək qarşıdakı matçı ilk xallarını əldə etmək üçün mümkün şanslardan biri kimi görür.

İdman.Biz-in məlumatına görə, Amsterdam klubu ötən beşinci turda Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində evdə Portuqaliyanın “Benfika” komandasına 0:2 hesabı ilə uduzub və turnirdə hələ xal toplamayan yeganə komanda olaraq turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

“Ayaks”da gizlətmirlər ki, Bakıya qarşıdakı səfərin məqsədi sadədir: nəhayət, cari mövsümün Çempionlar Liqasındakı ilk xallarını qazanmaq. Bunu, xüsusilə, klubun baş məşqçi vəzifəsini icra edən Fred Qrim bildirib.

“Nifrət etdiyimiz bu sıfırdan qurtulmaq istəyirik. Hazırda komandada yenidənqurma aparırıq və ümid edirik ki, yaxın oyunlarda bunun bəhrəsini görəcəyik”, - deyə Qrimin sözlərini Niderland mətbuatı yayıb.

“Qarabağ” - “Ayaks” oyunu 10 dekabrda Bakıda, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və Bakı vaxtı ilə 21:45-də başlayacaq. Niderlandda gözlənilir ki, Amsterdam klubunu Azərbaycan paytaxtında təxminən 1,4 min azarkeş dəstəkləyəcək.

Xatırladaq ki, “Qarabağ” Çempionlar Liqasının beşinci turunda səfərdə İtaliyanın “Napoli” komandasına 0:2 hesabı ilə uduzub və yeddi xalla 19-cu yerdə qərarlaşıb. “Ayaks”la qarşıdakı oyun Qurban Qurbanovun komandası üçün ilk 24-lüyə düşmək baxımından həlledici ola bilər. Bu sıra komandalara pley-off mərhələsinə vəsiqə qazandırır.

Teymur Tuşiyev

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 27 Noyabr 2025 12:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see280

Kürdəmirdə bir kəndə canavar hücumu: bu dəfə... FOTOLAR

25 Noyabr 2025 14:53see195

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see170

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see170

Tatevik Ayrapetyan, səni qucaqlamaq istəyirəm...

27 Noyabr 2025 06:04see169

Uşağın məktəb proqramının çətin olduğunu necə anlamaq olar? 5 əlamət

25 Noyabr 2025 13:52see166

Ali Məhkəmə həbs edilmiş xəzinədarla bağlı qərarı ləğv etdi

25 Noyabr 2025 17:01see143

Konte: “Qarabağ”a qarşı oynamaq çətin idi”

26 Noyabr 2025 02:58see143

Keçmiş prezidentin 27 illik həbs həyatı başladı

26 Noyabr 2025 01:06see142

“Qarabağ” və “Napoli” rəhbərləri arasında görüş keçirildi

25 Noyabr 2025 19:07see139

Avrasiyanın yeni logistika XƏRİTƏSİ Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

26 Noyabr 2025 15:03see137

ÇL: Napoli fərqi 2 topa çatdırdı YENİLƏNİR

26 Noyabr 2025 01:29see135

Xalq artisti dələduzluqla üzləşdi VİDEO

25 Noyabr 2025 23:28see134

Qazaxıstan Xəzərdə yeni dəniz limanı tikməyi planlaşdırır

25 Noyabr 2025 21:48see133

Hansı süd ürəyə ziyandır?

26 Noyabr 2025 15:56see133

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see132

“Azərbaycan ərazisi üçün seysmik təhlükənin qiymətləndirilmə və riskin xəritəsi mütləq şəkildə çözülməlidir”

26 Noyabr 2025 01:07see130

Antonio Konte: “Qarabağ” bu mövsüm Çempionlar Liqasında yaxşı nəticələr əldə edib

26 Noyabr 2025 03:11see127

Bloomberg : Hindistan Rusiya neftini almağın yolunu tapıb

26 Noyabr 2025 02:00see127

Napoli Qarabağ oyununun ən yaxşı futbolçusu müəyyənləşib

26 Noyabr 2025 02:27see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri