Icma.az
close
up
RU
“Ayaks”ın yetirməsi “Qarabağ”dan danışdı: “Ona istənilən vaxt zəng edə bilərəm”

“Ayaks”ın yetirməsi “Qarabağ”dan danışdı: “Ona istənilən vaxt zəng edə bilərəm”

Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Qarabağ” UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunda Niderland təmsilçisi “Ayaks”ı qəbul edəcək.

Qarşılaşmanın marağını nəzərə alaraq ölkəmizdə çıxış edən “Ayaks”ın yetirməsi olan, hazırda “Karvan-Yevlax”da çıxış edən niderlandlı futbolçusu Şakil Sno teleqraf.az-a müsahibə verib.

29 yaşlı müdafiəçi həm sabiq klubu, həm də Ağdam klubu barədə maraqlı məqamları açıqlayıb.

Həmin müsahibəni təqdim edirik:

- “Qarabağ” - “Ayaks” oyunu ilə bağlı gözləntiləriniz nədir?

- Bu, çox maraqlı qarşılaşma olacaq. Hər iki komanda hücum futbolunu sevir, ona görə meydanda boşluqlar yaranacaq və açıq oyun izləyəcəyik. Nəticə istənilən tərəfə gedə bilər.

- Siz “Ayaks”ın yetirməsisiniz. Bu komanda hansı müsbət cəhətləri ilə Niderland futbolunda seçilir?

- “Ayaks” həmişə cəlbedici futbolu ilə seçilib: topa çox sahib olmaq, hücumameyilli və dominant oyun, hətta bir az da lovğalıq. Mən klubda 11 il keçirmişəm və bu təsirin hələ də oyunumda hiss olunduğunu deyə bilərəm. Son illər səviyyə bir qədər aşağı düşsə də, “Ayaks” Avropanın böyük klublarından biri və Niderlandın ən böyük komandası olaraq qalır.

- Hər iki komandanı yaxşı tanıyırsınız. Hansının qələbə şansı daha yüksəkdir? Hesab proqnozunuz nədir?

- Komandaların səviyyəsi bir-birinə çox yaxındır. “Qarabağ”la bir neçə dəfə oynamışam, güclü komandadır və Avropada özünü sübut edib. “Ayaks” da böyük avrokubok təcrübəsinə malikdir, sadəcə son vaxtlar formaları yaxşı deyil. Əgər yaxşı günlərindən birini gətirsələr, “Qarabağ” üçün çətin olacaq. Məncə, oyun heç-heçə bitəcək.

- Oyunu stadiondan izləyəcəksiniz? Hansı komandaya azarkeşlik edəcəksiniz?

- Niderland televiziyası məni stadiondakı canlı efirə dəvət etmişdi, amma öz məşqimə görə gələ bilmirəm. Mən Mingəçevirdə yaşayıram və Bakı bir qədər uzaqdır. Təbii ki, “Ayaks”a azarkeşlik edəcəyəm.

- Bu oyunla bağlı sizinlə əlaqə saxlayan olubmu?

- Nə “Ayaks”, nə də “Qarabağ” tərəfindən mənim oyunla bağlı heç kim əlaqə saxlamayıb. Sadəcə komandadakı uşaqlarla aramızda bir az zarafat var, onlar “Qarabağ”ı, mən isə “Ayaks”ı dəstəkləyirəm.

- “Ayaks”ın baş məşqçisi Fred Grimlə orada olarkən lap əvvəldən birgə işləmisiniz. Yaydan bəri Azərbaycanda olduğunuz üçün Qurban Qurbanovu da müəyyən qədər tanıyırsınız. Hər iki mütəxəssisi necə xarakterizə edərdiniz?

- Bəli, Fred Grimi yaxşı tanıyıram, keçmişdə birlikdə çalışmışıq və münasibətlərimiz əladır. Tez-tez danışmırıq, amma istəsəm, istənilən vaxt zəng edə bilərəm. Hətta bir neçə il oğlu ilə bir komandada oynamışam. Qurban Qurbanovu isə şəxsən tanımıram, amma onun haqqında çox yaxşı sözlər eşitmişəm.

- “Qarabağ”ın 7 xalı, “Ayaks”ın isə 0 xalı var. Bu amil və matçın Bakıda keçirilməsi Azərbaycan təmsilçisinə üstünlük qazandırırmı?

- 7 xal toplamaq və evdə oynamaq “Qarabağ”a üstünlük və böyük inam verir. “Ayaks” hazırda həm Avropada, həm də liqada çətin dövr yaşayır, amma yenə də üç xal üçün sonadək mübarizə aparacaqlarına inanıram. Məncə, Amsterdam klubu buradan xalla dönmək üçün hər şeyini ortaya qoyacaq.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 09 Dekabr 2025 14:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri