“Ayaks”la vidalaşdı, Belçikaya gedir
Icma.az, Qol.az portalına istinadən məlumat yayır.
“Ayaks”ın müdafiəçisi Tristan Qoyyer karyerasını Belçikada davam etdirməyə yaxındır.
QOL.az xəbər verir ki, 21 yaşlı sağ cinah müdafiəçisi “Lommel”ə keçməyə hazırlaşır. Transfer hələ klublar tərəfindən rəsmən açıqlanmasa da, futbolçu sosial şəbəkə hesabında “Ayaks”la vidalaşıb.
“Bu qədər ildən sonra “Ayaks”dakı yolum başa çatır. 11 yaşımda akademiyaya bir arzu ilə gəlmişdim: bir gün əsas komandaya yüksəlmək. Kiçik yaşlarımdan “F-Side” azarkeşi idim. Sonradan isə sevdiyim klubun formasını geyinib meydanda oynamaq mənim üçün bu hekayəni daha da xüsusi etdi. Bu yolda yanımda olan hər kəsə minnətdaram və bu möhtəşəm klubun formasını geyindiyim üçün qürur duyuram. Bəzən insanlara görə məyus ola bilərsən, amma bu, kluba olan sevgini azaltmır. Əbədi "Ayaks"lı".
“De Telegraaf”ın məlumatına görə, “Ayaks” və “Lommel” Qoyyerin transferi üçün təxminən 500 min avro qarşılığında razılığa gəlib.
Qeyd edək ki, Qoyyer “Ayaks”ın əsas komandasında 13, əvəzedici heyətində isə 50 oyuna çıxıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 26 Avqust 2026 21:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















