Icma.az
close
up
RU
Ayaqlarınız tez tez şişirsə, MÜTLƏQ OXUYUN: 5 təhlükəli səbəb

Ayaqlarınız tez tez şişirsə, MÜTLƏQ OXUYUN: 5 təhlükəli səbəb

News24 saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Artıq mayenin toxumalarda yığılması ödəm (şişkinlik) adlandırılır. Ayaqlarda ödemlər tam sağlam insanlarda da inkişaf edə bilər.

News24.az Saglamolun.az-a istinadən  xəbər verir ki, bunun səbəbi çox isti hava, narahat dar ayaqqabı və ya paltar, uzun müddət ərzində ayaq üstə qalmaq, həddinən artıq miqdarda maye qəbul etmək və s. ola bilər.

Hamiləlik də ayaqlarda ödemlərin inkişafına səbəb ola bilər.

Bu halda şişkinliklərin aradan qaldırılması üçün ayaqları yuxarı qaldırıb bir qədər uzanmaq, kontrast ayaq vannaları (isti və soyuq suyun növbələşməsi) qəbul etmək (suya dəniz duzu əlavə etmək yaxşıdır), ayaq massajı etmək kifayətdir. Nəticədə ödem yox olacaq. Lakin ödemlər sizi tez-tez narahat edirsə, keçmirsə, mütləq həkimə müraciət edin. Belə ödemlər orqanizmdə olan hər hansı xəstəliyin və ya pozulmanın əlaməti ola bilər. Saglamolun.az sizə bu xəstəliklər və pozulmaların siyahısını təqdim edir:

- Varikoz xəstəliyi. Bu xəstəlik zamanı ayaqlarda venoz qanın axması pozulur və nəticədə damarlarda və kapilyarlarda təzyiq artır, burada durğunluq yaranır. Bu isə yığılmış mayenin kapilyarlardan ətrafda olan toxumalara çıxmasına və ödemlərə səbəb olur. Ödemlər bu xəstəliyin ilk əlamətləri kimi meydana çıxır. Əvvəl ödemlər cüzi olur, lakin xəstəlik inkişaf etdikcə ödemlər daha gözə çarpan olur, ayaqlarda kapilyar toru görünməyə başlayır.

- Ürək çatışmazlığı. Bu pozulma zamanı ürək öz "nasos" funksiyasının öhdəsindən tam gələ bilmir və nəticədə qan dövranı yavaşıyır və maye toxumalarda yığılmağa başlayır (ilk növbədə ayaqlarda). Belə ödemlər asta-asta, gizli inkişaf edir.

Ürək çatışmazlığı ilə bağlı olan ödemlər pozulmanın digər simptomları ilə müşayiət olunur: təngənəfəslik, taxikardiya, zəiflik, yorğunluq, səbəbsiz öskürək, dərinin solğun olması, dodaqların göyərməsi və s.

- Böyrək xəstəlikləri. Bu xəstəliklər zamanı ödemlər üzdə, ayaqlarda müşahidə olunur. Ödemlər sürətlə inkişaf edir - bir neçə gün ərzində. Xəstəni ümumi zəiflik, baş ağrısı, bel ağrısı, sidiyin rənginin dəyişilməsi (sidikdə qan izləri ola bilər) kimi simptomlar narahat edir.

Belə ödəmlər angina və ya kəskin respirator infeksiyadan sonra inkişaf edə bilər. Bu infeksiyanın ağırlaşmasıdır.

- "Fil" xəstəliyi. Bu xəstəlik zamanı limfanın dövranı pozulur ki, bu da zülal və su mübadiləsinin pozulmasına və limfa durğunluğuna səbəb olur. Bunun nəticəsində əsasən ayaqlarda güclü ödemlər yaranır. Ayaqlar fil ayaqlarına oxşamağa başlayır.

- Hipotireoz (qalxanvari vəzi xəstəliyi) zamanı da ödemlər mümkündür. Xəstəliyin digər simptomları - halsızlıq, yuxululuq, soyuğa davamsızlıq, bədən çəkisinin səbəbsiz artması, qəbizliyə meyillik və s. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:152
embedMənbə:https://news24.az
archiveBu xəbər 29 Aprel 2025 20:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see532

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see252

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see241

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see237

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see236

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see229

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see227

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see216

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see215

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see214

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see209

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see204

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see186

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see178

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see178

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see177

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see163

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see158

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see157

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri