Icma.az
close
up
RU
Ayaqyalın gəzsən, ayaqların döşəməylə öpüşəcək Alov İnannanın şeirləri

Ayaqyalın gəzsən, ayaqların döşəməylə öpüşəcək Alov İnannanın şeirləri

Kulis.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Kulis.az Alov İnannanın şeirlərini təqdim edir.

Yorulanda çadırlandığım,
İslananda çətirləndiyim ,
İstilənəndə kölgələndiyim,
Quşlarının nəğmələriylə
Ruhumu qanadlandırdığım,
Ağac anam,
Gəl, səni qucaqlayım.
Qollarım qollarına çatmasa da olar,
Saçlarım saçlarına dolaşmasa da olar,
Nəfəsinlə ciyərlərimi doldurum.
Ruhunu içimə çəkim.
Sənə söykənəndə,
Arxamda güvənlə durduğunu
bilməyim bəsimdi

***

Gəlin, bulud bacılarım, gəlin,
ağ-ağ, boz-boz komalaşaq,
aydan, günəşdən,
ulduzlardan yox,
özümüzdən danışaq.
Küsdüyümüz kimsə qalmasın
küləklərlə də barışaq.
İlıq-ilıq sevgi səpək
yer üzünə.
İldırım xəbər tutmasın,
yığnağımızdan,
şimşək oxlarını çaxıb
yarar göylərin bağrını,
qorxudar quşları.
Günəşi çağıraq, Günəşi
bir körpü qursun rəngarəng
üfüqlərdən üfüqlərə.

***

Sən tək deyilsən ki.
İsti çayın
içini isitməyə hazırdı,
yumşaq divan səni qucaqlamağa.
Pəncərəni açsan,
yel girəcək içəri,
saçlarını oxşamağa.
Dibçəkdəki çiçəklərin
öpülməyi gözləyirlər –
burnunla.
Ayaqyalın gəzsən,
ayaqların döşəməylə öpüşəcək
və yerin sevgisini sənə verəcək.
Gözlərini yumsan,
istədiyin hər şeyi görəcəksən
sonsuz indilərin içində.

***

Dəhlizdə divar saatının eşidilməz çıqqıltısı,
Mətbəxdə soyuducunun həzin dırıltısı,
Yan otaqda televizor danışır.
Sağ otaqda pleysteyşn savaşı...
Hamamda paltaryuyanın təyyarə səsi,
Mətbəxdə çaydanın qəmli nəğməsi,
Qulaqlarda qulaqlıqlar,
İnsan səsinə darıxan ev...

***

Mən nə qədər bildikləriməm
və nə qədər inandıqlarım.
Nə qədər düşündükləriməm
və nə qədər duyduqlarım.
Nə qədər danışdıqlarımam
və nədər susduqlarım.
Nə qədər xatırladıqlarımam
və nə qədər unutduqlarım.
Nə qədər ağladıqlarımam
və nə qədər güldüklərim.
Nə qədər arzuladıqlarımam
və nə qədər umsuqluqlarım.
Nə qədər can atdıqlarımam
və nə qədər çəkindiklərim
Nə qədər bəyəndikləriməm
və nə qədər rədd etdiklərim.
Nə qədər özümdəkilərəm
və nə qədər özgədəkilər.
Mən nə qədər sənəm, oyam, onlaram
və nə qədər mənəm.

***

Dostum deyəndə ki,
uşaq olan vaxtları,
qışda xırda daşları,
üşüməsinlər deyə
evə yığarmış gizlicə,
hamı güldü,
mənim gözlərim doldu
o anda anlamışdım,
mən də dostum kimi
yaxşı adamam.

***

Sevgi –
Arıların çiçəklərlə öpüşməsi.
Durnaların buludlarla yarışması
buludlara qarışması
Təzə qarın ovuclarda
xırçıltıyla sıxılması
Ulduzlarla baxışırkən
bir ulduzun göz vurması
Yupyumşaq bir tırtılın
yarpaqdakı diş izi
Kəpənəklərin
özünü
min-bir rəngli
çiçəklərə bənzətməsi
Fağır qar dənələrinin
sonsuz hava yolunda
bir-birinə yol verişi
Göylərə güvənən quşların
izsiz-izsiz süzüşü
Sulara güvənən balıqların
izsiz-izsiz üzüşü
Köhnə bir nəğmənin
yaddaşdan dilə düşməsi
Bir şirin xatirənin
təbəssümə çevrilməsi
Qolların qucaq arzusu
Saçların sığal arzusu
Bir gələcək körpənin
dar qarında gərnəşməsi

***

Qollarım qanadlarım olacaq bir gün
Ayaqlarım yerdən üzüləcək,
uçacağam
Mən yuxularımdan bilirəm uçmağı.
Uçacağam.
Yuxarılardan baxanda
aşağılar dəyişəcək:
böyük gördüyüm nə varsa
yuxarılarda kiçiləcək
yarmçıq zənn etdiklərim
yuxarılarda bütövləşəcək
Aşağılarda içində olduqlarımın
yuxarılarda üstündə olacağam
Anlayacağam ki,
aşağılar məni balacalaşdırırmış
aşağıdakılar böyük deyilmiş

***

Bağışlamadığım kimsə qalmadı
və nəsə.
ən sonuncu bağışladığım,
barmağımı sorub
mənimlə qandaş olan ağcaqanadıydı,
bir də
hədsiz istisini
mənə ötürərkən
əlimi yandıran ütüm

Nizami Cəfərov: Müasir Azərbaycan şairlərini hamı başa düşürsə, deməli, o, şair deyil 21-ci əsrin ən yaxşı sənətçisi kimdir? HD yayımın dayandırılması ilə bağlı məsələyə aydınlıq gətirildi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:56
embedMənbə:https://kulis.az
archiveBu xəbər 04 Aprel 2025 18:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see376

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see262

DDLA dənizçi sənədlərinin verilməsində rəqəmsallaşma mərhələsinə başlayır

18 Noyabr 2025 11:13see214

Futbol bileti olanlar vizanı tez alacaqlar

18 Noyabr 2025 11:16see157

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see150

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see149

YAP 33 il dövlətçilik və gələcəyə inam yolu MƏQALƏ

18 Noyabr 2025 19:43see146

BİRMARKET də ŞOOOK Cümə!

18 Noyabr 2025 09:38see141

15 yaşlı yeniyetmənin qətlinin təfərrüatı VİDEO

18 Noyabr 2025 20:09see141

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see139

Gələn ay 30 manat yardım veriləcək

18 Noyabr 2025 09:32see139

Almaniya və Çexiya rəqiblərinə “divan tutdu” gecənin nəticələri

18 Noyabr 2025 01:47see139

Tramp BMT Təhlükəsizlik Şurasının qərarını alqışladı

18 Noyabr 2025 04:18see131

3 milyard ildən qədim qayalarda həyat izləri tapıldı

18 Noyabr 2025 21:37see130

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

18 Noyabr 2025 22:48see130

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

19 Noyabr 2025 13:24see129

İspaniya Ukraynaya 615 milyon avro dəyərində yeni hərbi yardım paketini elan edib

18 Noyabr 2025 22:44see127

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

19 Noyabr 2025 04:16see127

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

19 Noyabr 2025 22:19see120

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

19 Noyabr 2025 16:03see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri