Icma.az
close
up
RU
Ayasofya məscidinin günbəzində əhatəli bərpa işləri başlanıldı FOTOLAR

Ayasofya məscidinin günbəzində əhatəli bərpa işləri başlanıldı FOTOLAR

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

İstanbulun simvollarından biri olan Ayasofya Məscidinin günbəzinin bərpa və möhkəmləndirmə işlərinə başlanılıb.

Bakıvaxtı.az-ın məlumatına görə, 1486 illik tarixi ilə bəşər mədəni irsinin incilərindən sayılan bu tarixi məscidin, gələcək nəsillərə ötürülməsi üçün genişmiqyaslı bir layihə ilə yenidən canlandırılır.

Türkiyənin mədəni irsinin qorunması istiqamətində son illərdə həyata keçirdiyi saysız-hesabsız arxeoloji və bərpa layihələri sırasında Ayasofya xüsusi yer tutur. Son üç ildir davam edən bərpa prosesi çərçivəsində artıq bir çox mərhələ başa çatıb. İndi isə əsas diqqət Ayasofyanın tacı hesab edilən mərkəzi günbəzə yönəlib.

Davam etdirilən işlər günbəzin zəlzələyə qarşı daha davamlı hala gətirilməsini hədəfləyir. Maraqlısı odur ki, bu zaman abidənin daxili mozaika örtüyünə zərər gəlməməsi üçün bütün müdaxilələr yalnız xaricdən həyata keçiriləcək. Günbəzin üzərindəki qurğuşun örtüklər söküləcək, zədəlilər bərpa olunacaq, digərləri isə yenilənəcək.

Proses zamanı günbəzin üzəri mövsümi hava şəraitinə qarşı qorunmaq üçün xüsusi polad konstruksiya və yüksək keyfiyyətli örtüklə bağlanacaq. Eyni zamanda, günbəzin daxilindəki qədim mozaikaların qorunması da nəzərdə tutulur. Bunun üçün məscidin içində, 43,5 metr hündürlüyündə, dörd sütun üzərində dayanan polad platforma qurulacaq. Bu qurğu həm restavrasiya işlərinin təhlükəsizliyini təmin edəcək, həm də insanların ibadətlərinə davam etməsinə imkan yaradacaq.

Ayasofyanın bərpa prosesi çərçivəsində kompleksin şərq tərəfində 41 metr hündürlüyə və 60 metrlik qol uzunluğuna malik xüsusi qüllə kranının quraşdırılması planlaşdırılır. Bu kran məhz Ayasofya üçün xüsusi dizayn olunub və binadan uyğun məsafədə, təhlükəsiz şəkildə hərəkət və əməliyyat imkanı yaradır. Tikinti və bərpa işlərinin operativ və təhlükəsiz aparılması üçün bu mühüm texniki yenilik böyük rol oynayacaq. Günbəzdə, mozaikalarda və minarələrdə nəzərdə tutulan işlər tam başa çatdıqdan sonra müvəqqəti polad örtük, platforma və qüllə kranı söküləcək.

Layihə bir neçə mərhələdən ibarət olmaqla həyata keçirilir. Artıq Osmanlı padşahları III Mehmet, II Səlim və III Muradın türbələri, Sıbyan Məktəbi (ibtidai məktəb) və Mövakkithanə (namaz vaxtlarının hesablandığı otaq) kimi tarixi məkanlarda işlər tamamlanıb. Uzun müddət ziyarətə bağlı olan qalereya mərtəbəsi bərpa mərhələsindən sonra qapılarını  yenidən ziyarətçilərin üzünə açıb.

Ən diqqətçəkən məqamlardan biri isə Ayasofya kompleksindəki bütün tikililərin 3D formatda sənədləşdirilərək rəqəmsal sistemə köçürülməsidir. Bu texnologiya sayəsində Ayasofyanın “rəqəmsal əkizi” yaradılıb – bu, gələcəkdə onun qorunması və öyrənilməsi baxımından mühüm bir addımdır.

Ayasofya: İstanbulun qədim imperiyalarına həsr olunmuş abidə

İstanbulun tarixi siluetində əzəmətlə yüksələn Ayasofya, 1985-ci ildə UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib. Təqribən 1500 il əvvəl xristian bazilikası kimi inşa edilən bu möhtəşəm tikili ilk dövrlərdə “Müqəddəs Hikmət Kilsəsi” adı ilə tanınıb və inşa edildiyi dövrdə xristian aləminin ən önəmli dini məbədi hesab olunub.

Osmanlı sultanı II Mehmed İstanbulun fəthindən sonra Ayasofyanı məscidə çevirdi. Binanın içindəki qızılı mozaikalar və freskalar zərif islam ornamentləri və naxışlarla örtüldü. Sonrakı dövrlərdə müxtəlif vaxtlarda Ayasofyanın əzəmətli günbəzli strukturu dörd minarə ilə tamamlandı.

Osmanlı sultanı II Səlim Ayasofyanın qərb tərəfindəki iki minarənin tikintisini dövrünün dahi memarı – Memar Sinana həvalə etmişdi. Lakin bu layihə sadəcə minarələrlə yekunlaşmadı. Ayasofyada zamanla müşahidə olunan konstruktiv zəiflikləri nəzərə alan Sultan, Sinana həm də binanı bərpa etməyi əmr etmişdi.

Sinan bu tarixi abidəyə sadəcə minarə əlavə etməklə kifayətlənmədi – o, binanın dayanıqlığını artırmaq üçün mühüm konstruktiv gücləndirmə işləri həyata keçirdi. Ayasofyanı dəstəkləyən bindaş divarlar və digər mühəndislik tədbirləri sayəsində bu memarlıq möcüzəsi əsrlər boyu baş vermiş güclü zəlzələlərə sinə gərməyi bacardı.

Bu gün də Ayasofya həm Bizansın dini mirasını, həm də Osmanlının mühəndislik dahisini özündə birləşdirən bənzərsiz bir mədəniyyət simvolu olaraq İstanbulun qürur mənbəyi kimi varlığını davam etdirir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 16 Aprel 2025 11:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see286

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see266

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see263

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see259

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see249

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see240

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see240

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see231

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see231

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see228

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see215

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see215

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see209

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see208

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see202

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see200

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see198

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see193

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see192

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri