AYB də “Moldova poeziyası saatı” keçirilib FOTO
Icma.az bildirir, Apa.az portalına istinadən.
Bu gün AYB-nin Natəvan klubunda Moldova və Rumıniya səfirlərinin iştirakı ilə “Moldova poeziyası saatı” keçirilib.
APA xəbər verir ki, tədbirdə həmçinin görkəmli Moldova şairi Qriqore Vyerunun 90 illik yubileyi qeyd olunub, onun “İynənin nəğməsi”, İon Hadırkanın “Mavi şəhər” şeir kitablarının təqdimatı baş tutub.
Tədbirdə çıxış edən Yazıçılar birliyinin katibi Səlim Babullaoğlu bildirib ki, 2017-ci ildən bu yana rumın ədəbiyyatından 12 kitab Azərbaycan dilinə tərcümə edilib.
"Hazırda daha 3 kitab tərcümə üçün hazırlanır" , - deyə o qeyd edib.
Tədbirdə Moldova və Rumıniya səfirləri hər iki şeir kitabı ilə bağlı fikirlərini bölüşüblər. Rumıniya səfiri, rumın şeirinin və ədəbiyyatının zənginliyini və dərinliyini vurğulayıb.
Moldova səfiri Moldova poeziyasının xüsusiyyətlərini, xalqın ruhunu və tarixini əks etdirən əsərlərin önəmini qeyd edib.
Hər iki səfir, bu kitabların tərcüməsi və Azərbaycan oxucusuna təqdim olunmasının ədəbi əlaqələrin inkişafına mühüm töhfə verəcəyini ifadə ediblər.
Tədbirdə sonunda şeirlər səsləndirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 14 Fevral 2025 16:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















