AYB dən üzvlük haqqını ödəməyənlərə xəbərdarlıq
Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.
Azərbaycan Yazıçılar Birliyinə yeni üzvlərin qəbulu dayandırılıb. Qəbul komissiyasının qərarına əsasən, yeni üzvlər yalnız növbəti qurultaydan sonra qəbul ediləcək.
Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü, mətbuat xidmətinin rəhbəri Xəyal Rza Trend-ə açıqlamasında deyib.
O bildirib ki, üzvlük haqqını gecikdirənlərin və təşkilatdan xaric ediləcək şəxslərin sayı barədə statistik məlumatlar adətən açıqlanmır.
“Sadəcə elan etmişik ki, üzvlük haqqını gecikdirənlər məsuliyyətli davransınlar, nizamnamənin qaydalarına əməl etsinlər və üzvlük haqqını ödəsinlər. Ödəməyənlər, əlbəttə ki, xaric ediləcək”, – deyə Xəyal Rza qeyd edib.
Qeyd edək ki, Azərbaycan Yazıçılar Birliyi 1934-cü il iyunun 13-də Bakıda keçirilən Azərbaycan yazıçılarının I qurultayında Azərbaycan Yazıçılar İttifaqı adı ilə yaradılıb. Yazıçı, şair və tərcüməçiləri bir araya gətirən təşkilatın fəaliyyət istiqamətlərinə milli ədəbiyyatın təbliği, gənc müəlliflərə dəstək və ədəbi əlaqələrin genişləndirilməsi daxildir. Birliyin ədəbi nəşrləri arasında “Azərbaycan”, “Ulduz”, “Qobustan” jurnalları və “Ədəbiyyat qəzeti” yer alır.
AYB-nin sonuncu - XIII qurultayı 2022-ci il oktyabrın 26-da keçirilib və Xalq yazıçısı Anar yenidən Birliyin sədri seçilib. XIV qurultayın isə 2027-ci ilin payızında keçirilməsi nəzərdə tutulur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 10 Oktyabr 2026 11:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















