Icma.az
close
up
RU
AYB katibindən Rusiyadakı həmkarlarına MÜRACİƏT

AYB katibindən Rusiyadakı həmkarlarına MÜRACİƏT

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

Rusiyada yaşayan azərbaycanlılarla qarşı həyata keçirilən əməliyyat tədbirləri nəticəsində soydaşlarmız arasında ölən və yaralananlar var.

Baş verən hadisəyə ziyalılarımız, ictimaiyyət nümayəndələri də biganə yanaşmır.

Ötən gün Rusiyanın Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən qətlə yetirilən 5 nəfər azərbaycanlı ilə bağlı Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu Rusiyanın Yazıçılar və Nəşriyyatçılar İttifaqları Assosiasiyasının sədri, Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının deputatı Sergey Şarqunova, Tatarıstanın Xalq Şairi, Tatarıstan Yazıçılar Birliyinin sədri Rkail Zaydullaya, "OGI" nəşriyyatının baş redaktoru Maksim Amelinə, "Literaturnaya qazeta" qəzetinin baş redaktoru Mixail Zamşevə, Moskva Yazıçılar Cəmiyyətləri Birliyinin sədri Yuri Viktoroviç Konoplyannikova, Başqırdıstan Yazıçılar Birliyinin sədri Ayqiz Baymuxametova müraciət edib.

"Cebheinfo.az" həmin müraciəti təqdim edir:

"Hörmətli həmkarlar!

Dünən Yekaterinburq şəhərində Rusiya hüquq-mühafizə orqanları (bəzi mənbələrin yazdığına görə SOBR, FSB, OMON, polis) tərəfindən əməliyyat, əslində basqın həyata keçirilmiş, nəticədə 50-ə yaxın azərbaycanlı həbs olunmuşdur. Rəsmi və qeyri-rəsmi mənbələrin yazdığı məlumatlara görə, guya bu əməliyyat 20-25 il əvvəl bir azərbaycanlının qətl hadisəsi ilə bağlı imiş.

Məsələ budur ki, basqın daha çox Səfərovlar ailəsinin üzvlərinin evlərinə edilmiş, həbs olunub götürələnlərin arasından Səfərov Ziyəddin və Səfərov Hüseyn sonradan qətl edilmiş, Səfərov Bakir və bir neçə adam ağır bədən xəsarəti almışlar. Bəzilərinin vəziyyəti ağırdır.

Hal-hazırda Səfərovlar ailəsinin qətl edilmiş üzvlərinin nəşi ailə üzvlərinə verilmir, ağır bədən xəsarəti almış və təcrid olunmuş  digər insanlarla (Səfərov Bakir, Səfərov Ayaz, Səfərov Akif, Səfərov Məzahir, Səfərov Kamal, Səfərov Məhəmməd və başqaları) ailə üzvlərinin və vəkillərin görüşünə, əlaqəsinə isə şərait yaradılmır,  səhhətləri barədə ətraflı məlumat yoxdur.

Müraciət etməklə sizlərin diqqətini bir məsələyə çəkmək istəyirəm.

İstəyirəm biləsiniz ki,  mən Səfərovlar ailəsinin bir çox üzvlərini tanıyıram. Qətlə yetirilmiş Hüseyin və Ziyəddinin qardaşı Seyfəddin Hüseyinli (Səfərovla) ilə 20 ildən artıqdır ki, çiyin-çiyinə işləyirəm.

Seyfəddin Hüseyinli tanınmış ədəbiyyatşünas, tərcüməçi, jurnalist, “Dünya ədəbiyyatı” dərgisinin baş redaktoru,  Azərbaycanda ən populyar və gündəlik nəşrin- “525-ci qəzet”in baş redaktor müavinidir, həm də rus nəsrinin tərcüməçisidir. Seyfəddinin qardaşı qətl edilən Ziyəddin Səfərovu tanıyırdım, inanclı və çox ədəbli inşandı, onun hər hansı cinayətdə iştirakını ehtimal etmək belə absurddur.

Hətta ehtimal olunsa belə ki, bu əməliyyat və basqın nə vaxtsa öldürülmüş 1 nəfər azərbaycanlıya (!) görədir, bu qədər adamın basqın və xüsusi əməliyyatla həbs olunması, iki  nəfərin böyük ehtimala görə amansızlıqla öldürülməsi, digərlərinin ağır bədən xəsarətləri alması məntiqsiz, hüquqi baxımdan əsassız görünür. 

Başqa tərəfdən,  25 il əvvəlki qətldə iştirakı ehtimal olunan konkret şəxsi müvafiq hüquqi prosedurları nəzərə alaraq həbs etmək, istintaqa cəlb etməyin yolu basqındımı?

Bu gün Rusiya hüquq-mühafizə orqanlarının iştirakı ilə bir Azərbaycan ailəsində ağır faciə yaşanır. Əminəm ki, bu məsələ yalnız köhnə bir cinayətə görə deyil. Görünən budur ki, bu bizim artıq dəfələrlə şahidi olduğumuz kimi Rusiyada Azərbaycanlılara təzyiqin növbəti qanlı təzahürü, milli münaqişədir.

Özü də belə hallarda o Azərbaycanlıların Rusiya vətəndaşı olub-olmaması nəzərə alınmır, eynən haqqında danışdığım faciədə olduğu kimi. Əlbəttə, istisna deyil ki, bu prosesdə kimlərinsə biznes maraqları, kimlərinsə milli-etnik qəzəbi əhəmiyyətli rol oynayıb.

Hadisələri tələsdirməyin tərəfdarı deyiləm, bilirəm ki, bunu bəzən istintaqa təzyiq və müdaxilə kimi yoza bilərlər; hərçənd istintaqdan obyektiv qərar da gözləyəcək qədər də sadəlöhv deyiləm.

Sizə müraciət etməyimin səbəbi aşağıdakılardır:

- Azərbaycan və İslam adətlərinə görə vəfat etmiş insanları tez dəfn etmək lazımdır. Dünyasını dəyişmiş Səfərov Ziyəddin və Səfərov Hüseynin nəşinin verilməsinə kömək edin (onlarla bağlı vəfatlarından sonra tibbi-ekspertiza prosedurları üçün - əgər bu RF hüquq-mühafizə orqanlarına lazımdırsa, 2-3 saat bəs etməlidir);  əks-təqdirdə, yəni nəşin vaxtında verilməməsi hüquq-mühafizə orqanları tərəfindən törədilmiş amansızlıq və zorakılıq ehtimalını artırmış, təsdiqləmiş olacaq;

- Ağır halda olan Səfərov Bakirin və saxlanılan digər şəxslərin (Səfərov Ayaz Möhbalı oğlu, Səfərov Akif Möhbalı oğlu, Səfərov Məzahir Möhbalı oğlu, Səfərov Kamal Qədiməli oğlu, Səfərov Məhəmməd Məzahir oğlu) vəziyyəti və səhhəti ilə bağlı əsaslı açıqlama yayılmasına, onların ailə üzvləri ilə görüşünə, evə buraxılmasına kömək edin;

- Səfərovlar ailəsinin digər üzvlərinin təhlükəsizliyi üçün yetərli işlərin görülməsinə köməklik göstərin.

Sizin hər biriniz Rusiya Federasiyasının tanınmış, nüfuzlu ədəbiyyatçıları, ictimai xadimlər, ədəbiyyat və mədəniyyəti təmsil edən görkəmli şəxslərsiniz.

Bir Azərbaycan ailəsinin və soyağacının faciəsinin dərinləşməməsi üçün imkanlarınızı, şəxsi nüfuzunu əsirgəməmənizi xahiş edirəm".

Nigar
"Cebheinfo.az"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:203
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 28 İyun 2025 20:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see289

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see284

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see275

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see262

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see255

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see250

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see237

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see226

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see219

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see211

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see208

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see207

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see206

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see203

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see196

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see190

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see189

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see173

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see170

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri