Icma.az
close
up
RU
AYB nin verdiyi möhlət başa çatdı: Hansı qərar veriləcək?

AYB nin verdiyi möhlət başa çatdı: Hansı qərar veriləcək?

Icma.az bildirir, Qaynarinfo portalına istinadən.

Bu gün Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvlük haqqı ilə bağlı üzvlərinə verdiyi müddət başa çatıb. Bir müddət əvvəl AYB rəsmi şəkildə üzvlərinə müraciət edərək bildirib ki, fevralın 2-dək üzvlük haqqını ödəməyən şəxslər qurumdan kənarlaşdırılacaq. 

Bəs AYB üzvlük haqqını ödəməyən üzvlərlə bağlı hansı qərarı verəcək? 

Birliyin katibi, Xalq yazıçısı Çingiz Abdullayev Qaynarinfo-ya açıqlamasında bildirib ki, üzvlük haqqını ödəməyən üzvlərlə bağlı qərarın qəbulu gələn həftəyədək uzadılıb: 

"Biz siyahını təqdim etmişik. Orada bir neçə üzvümüz var ki, üzvlük haqqının ödənilməsi ilə bağlı onlara dəfələrlə məlumat verilib. Buna baxmayaraq, ödəməyiblər. Bu, üzvlərin öhdəliyidir. Kimsə istəmirsə, verməsin. Amma onların sıralarımızda qalıb-qalmaması ilə bağlı bu gün hər hansı qərar verilməyəcək. Hələ gözləyirik".


Çingiz Abdullayev qeyd edib ki, məsələyə həssas yanaşmaq vacibdir:

"Bu gün həftənin ilk günüdür. Siyahıda olan üzvlərimizdən biri Almaniyada vəfat edib. Ola bilər ki, kimlərsə hazırda Azərbaycanda deyil və ya xəstəlik səbəbindən gələ bilmir. Birdən-birə qərar verib onları sıralarımızdan çıxarmaq düzgün olmaz. Hətta bəziləri üzvlük haqqının ödənilməli olduğunu bilməyə də bilər. Aylıq 15 manatdır, bu da böyük məbləğ deyil. Metroda gediş-gəliş qədərdir. Biz bunu ciddi maliyyə yükü hesab etmirik. Hər şey dəqiqləşəndən sonra siyahı açıqlanacaq".

Qeyd edək ki, Azərbaycan Yazıçılar Birliyinə üzvlük haqqını ödəməyən 58 yazıçı və şairin siyahısı yayılıb. AYB sədri Anar Rzayev isə üzvlük haqqını ödəməyənlərə fevralın 2-dək vaxt verildiyini bildirib. Həmin müddətədək ödəniş etməyən yazıçı və şairlərin birlikdən xaric ediləcəyi açıqlanıb. 

Bahar Rüstəmli


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:211
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 02 Fevral 2026 14:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see375

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see363

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see303

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see285

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see257

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see257

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see245

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see243

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see233

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see225

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see219

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see218

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see205

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see196

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see180

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see179

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see179

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see172

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see166

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri