Aybəniz Haşımova Cabir İmanovun vəfatından danışdı: Halının yaxşı olmadığını hiss etmişdim...
Icma.az xəbər verir, News24 saytına əsaslanaraq.
Əməkdar artist Cabir İmanovun vəfatı sənət aləmində dərin kədər doğurub. Onu yaxından tanıyanlar sosial şəbəkə hesablarından paylaşım edərək hüznlərini ifadə ediblər.
News24.az xəbər verir ki, Əməkdar artist Aybəniz Haşımova öz sosial media hesabında yazıb:
"Bizim ölməz bəstəkarımız, dahi insan Süleyman Ələsgərovun nəvəsi Cabir İmanov dünyasını dəyişdi. Bu xəbər məni dərindən sarsıtdı. Onunla sonuncu görüşümüz cəmi bir neçə gün əvvəl – Şəhriyar adına Mədəniyyət Sarayında olmuşdu. O zaman halının yaxşı olmadığını hiss etmişdim, hətta özündən də soruşdum ki, - hər şey yaxşıdırmı, Cabir müəllim? Dedi, - narahat olmayın, hər şey yaxşıdır. Sən demə, heç nə yaxşı deyilmiş Cabir bəy... Niyə axı, niyə? Niyə axı, ölüm bu qədər gəncləşib? Bu dünyanın vəfasız olduğunu onsuz da bilirdim, amma bu qədər də bilmirdim. Allah rəhmət eləsin. Allah yeni dünyasında yerini behişt etsin. Amin. Ailəsinə, doğmalarına Allah səbir versin".
Müğənni Zamiq Hüseynov isə instaqram hesabında belə bir paylaşım edib:
"Dünən bir yerdə toyda idik... Qucaqlaş, öp, bağrına bas, rəqs et, sən demə, sonuncu dəfə imiş. Çox heyif! Yaxşı insan, gözəl dost, Allah sənə rəhmət eləsin! Vaxtsız getdin! Hər zaman qəlbimizdə gülərüz, pozitiv, nümunəvi bir insan kimi qalacaqsan. Məkanın cənnət olsun, dostum".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 29 Sentyabr 2025 16:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















