Aybəniz Həşimova: “Polad Həşimovun övladı olmaq Tanrının lütfüdür” VİDEO ANONS
Icma.az, 525.az saytına istinadən bildirir.
“525-ci qəzet”in 10 iyul tarixli sayında dərc olunacaq yazılardan biri Tamilla M-Zadənin şəhid general-mayor, Milli Qəhrəman Polad Həşimovun qızı Aybəniz Həşimova ilə apardığı maraqlı müsahibədir.
Müsahibədə Aybəniz Həşimova atasını ilk növbədə qəhrəman generaldan əvvəl mehriban, qayğıkeş və nikbin bir ata kimi xatırlayır. O, uşaqlıq xatirələrindən, atasının ailədə yaratdığı isti mühitdən, verdiyi həyat dərslərindən, zəhmətsevərlik və çalışqanlıq haqqında nəsihətlərindən danışır. Müsahibədə Polad Həşimovun övladlarına münasibəti, kitablara və incəsənətə sevgisi, əsgərlərinə göstərdiyi qayğı, insanpərvərliyi və sadəliyi də diqqətə çatdırılır.
Aybəniz Həşimova atasını itirdiyi günün ağır xatirələrini, onun yoxluğunu ən çox hiss etdiyi anları, qərar verərkən ata məsləhətinə duyduğu ehtiyacı və daxilində onunla davam edən səssiz söhbətləri də bölüşür. O, atasının arzusunu gerçəkləşdirərək Azərbaycan Tibb Universitetinə qəbul olmasından, Polad Həşimovun irsini yaşatmağın həm böyük qürur, həm də məsuliyyət olmasından bəhs edir.
Müsahibədə eyni zamanda Polad Həşimovun timsalında qəhrəmanlıq anlayışı, Vətənə sədaqət, fədakarlıq, dürüstlük və gənclərə ötürdüyü mənəvi dəyərlər haqqında təsirli fikirlər də yer alır.
Nigar Abbasova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 09 İyul 2026 19:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















