Icma.az
close
up
RU
Ayda ilk atom elektrik stansiyası: ABŞ ın kosmosda enerji üstünlüyünə doğru yeni addımı

Ayda ilk atom elektrik stansiyası: ABŞ ın kosmosda enerji üstünlüyünə doğru yeni addımı

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyi – NASA, qarşıdakı illərdə Ay səthində ilk nüvə enerji stansiyası qurmağı planlaşdırır. Bu mühüm və iddialı layihə, dünya gücləri arasında kosmik sahədə gedən texnoloji və strateji rəqabətin yeni mərhələyə qədəm qoyduğunu göstərir.

Politico nəşrinin məlumatına görə, NASA-nın rəhbər vəzifəsini müvəqqəti icra edən Şon Daffi bu həftə 100 kilovat gücündə nüvə reaktorunun Ay səthinə yerləşdirilməsi planını rəsmən elan edəcək. Reaktorun 2030-cu ilədək Ayda fəaliyyətə başlaması nəzərdə tutulur. Layihə üçün yaxın aylarda ixtisaslı podratçıların seçiminə başlanacaq.

Bu reaktor enerji müstəqilliyi və dayanıqlılığı baxımından gələcək Ay missiyaları üçün mühüm rol oynayacaq. Ayda günəş enerjisindən məhdud istifadə şəraitində nüvə enerjisi uzunmüddətli yaşayış və elmi-tədqiqat bazaları üçün ən real enerji mənbəyi sayılır.

Kosmik enerji rəqabətinin arxasında kimlər var?
Ekspertlər hesab edir ki, ABŞ-ın bu təşəbbüsünün əsas motivasiyalarından biri Rusiya və Çin arasında artan kosmik əməkdaşlıqdır. Xatırladaq ki, 2021-ci ildə Moskva və Pekin Beynəlxalq Ay Stansiyası (International Lunar Research Station) qurmaq barədə razılığa gəliblər. Bu layihə çərçivəsində Rusiyanın 500 kilovat gücündə nüvə reaktoru hazırlayıb, 2033-cü ildən gec olmayaraq Ay səthinə göndərməsi planlaşdırılır.

Beləliklə, Ayda enerji üstünlüyü və infrastrukturun qurulması uğrunda dünya gücləri arasında real mübarizə başlamış sayılır. Ayda daimi baza yaratmaq təkcə texnoloji deyil, həm də strateji və geosiyasi məsələdir, çünki bu, Yerin yeganə təbii peykində gələcək təsir imkanlarını müəyyən edəcək.

Texnologiyanın sərhədləri: 100 kilovat nə deməkdir?
NASA-nın planlaşdırdığı 100 kVt-lıq nüvə reaktoru, müqayisə üçün desək, təqribən 30-40 evin enerji tələbatını ödəyə bilər. Lakin bu ölçü, Ay səthində yerləşəcək modul yaşayış sistemləri, elmi avadanlıqlar, kommunikasiya sistemləri və digər infrastrukturun enerji təminatı üçün kifayət qədər səmərəli sayılır. Bundan əvvəl NASA 40 kVt gücündə reaktorlar üzərində də iş aparırdı, lakin indi layihənin miqyası artırılıb.

Mütəxəssislər bildirirlər ki, müstəqil enerji mənbələrinin kosmosda tətbiqi, Yer kürəsində də enerji texnologiyalarının gələcək inkişafına təsir göstərəcək. Kosmosda əldə olunan innovasiyalar sonradan bəşəriyyətin ekoloji və texnoloji problemlərinin həllinə yönəldilə bilər.

Nəticə: Enerji uğrunda kosmosda rəqabət başlayır
Ayda nüvə enerji stansiyasının qurulması təkcə NASA üçün deyil, bütövlükdə insanlığın texnoloji səviyyəsinin yeni göstəricisidir. ABŞ, Çin və Rusiya kimi böyük dövlətlərin bu sahədəki təşəbbüsləri göstərir ki, 21-ci əsrin strateji rəqabət arenası artıq kosmosda cərəyan edir.

Bu fondda, inkişaf etməkdə olan ölkələrin – o cümlədən Azərbaycanın – elmi əməkdaşlığa yönəlmiş, sülh və davamlı inkişaf əsaslı kosmos siyasəti, yeni dövrün çağırışlarına cavab vermək baxımından strateji əhəmiyyət daşıyır.

S.ELAY

XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:49
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Avqust 2025 16:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see186

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see170

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see169

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri